Aparıcı mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Keyfiyyətə nəzarət sektoru

в "AzerGold" CJSC

Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
16 июля 2026
Языки
Azerbaijani, English, Russian

О роли

Vakansiyaya Dair Tələblər

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriya ölçmlələrinə dair tələblərə riayət edilməsinə nəzarət etmək;
  • Laboratoriyada istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək;
  • Keyfiyyət idarəetmənin müvafiq mərhələlərində iştirak etmək;
  • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək;
  • Laboratoriyanın keyfiyyətə nəzarət prosedurlarının icrasına nəzarət etmək;
  • Keyfiyyət göstəricilərinin izlənməsi, audit və yoxlamalarda iştirak etmək;
  • Keyfiyyətə nəzarət üzrə sənədləşdirmə və hesabatların hazırlanması;
  • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək;
  • Daxili sənədlərin hazırlanmasında iştirak etmək:
  • Laboratoriyaya daxil olan nümunə saylarına, aparılan sınaq və analizlərin saylarına, növlərinə və tipinə nəzarət etmək, statistik məlumatlar toplamaq;
  • Laboratoriyanın effektivliyinin artılması üçün təkliflər hazırlamaq və təqdim etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb Olunan Biliklər Və Bacarıqlar

  • Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (orta).
  • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını;
  • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları;
  • BPKİ şöbəsinin Əsasnaməsini;
  • “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu;
  • Cəmiyyətin və şöbənin daxili prosedur qaydalarını;
  • İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi;
  • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini;
  • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması.
  • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil tələb olunur (Kimya, standartlaşdırma, metrologiya, keyfiyyətə nəzarət üzrə)
  • Keyfiyyətə nəzarət və laboratoriya idarəetməsi sahəsində 3 illik iş təcrübəsi.

İş Qrafiki

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək Haqqı Və Əlavə Imtiyazlar

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

О компании

"AzerGold" CJSC
Mining & Metals · Baku

AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.

Все вакансии "AzerGold" CJSC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Aparıcı mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Keyfiyyətə nəzarət sektoru
Откликнуться