Менеджер по QA/QC и техническим стандартам

в PASHA Real Estate Group

Локация
Bakı
Опыт
10+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
26 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
25 июля 2026

О роли

Vəzifənin ümumi təsviri:

Layihələr portfeli üzrə keyfiyyət standartlarını, yoxlama siyahılarını və inspeksiya çərçivələrini müəyyən etmək və qoruyub saxlamaq. Dizayn və spesifikasiyalarda ilkin mərhələdə keyfiyyət risklərini müəyyən etmək, layihə dizaynlarının funksionallığını, istismar imkanlarını və texniki xidmətə yararlılığını nəzərdən keçirmək, həmçinin qüsur tendensiyalarını izləyərək əldə olunan dərsləri korporativ standartlara inteqrasiya etmək.

Əsas vəzifələr:

1. Keyfiyyət Standartları və Çərçivələri
Korporativ keyfiyyət standartlarını, yoxlama siyahılarını və qəbul meyarlarını müəyyən etmək və idarə etmək
Yoxlama və sınaq çərçivələrini, həmçinin korporativ qüsur təsnifat sistemini hazırlamaq
Portfel üzrə keyfiyyət göstəricilərini (KPI-ları) idarə etmək

2. Dizayn Keyfiyyətinin Qiymətləndirilməsi
Konsept və detallı layihələndirmə mərhələlərində dizaynın tamlığını və spesifikasiyaların aydınlığını keyfiyyət baxımından qiymətləndirmək
İlkin keyfiyyət risklərini (dizayn boşluqları, qeyri-müəyyən spesifikasiyalar, çatışmayan və ya uyğunsuz standartlar) müəyyən etmək
Dizaynları funksionallıq, istismar imkanları, texniki xidmətə yararlılıq və operator/son istifadəçi tələbləri baxımından nəzərdən keçirmək
Xərc və planlaşdırma üzrə həmkarlarla koordinasiya çərçivəsində dizayn fərziyyələrinə etiraz etmək və qiymətləndirmək
Sahə keyfiyyətə nəzarət komandası vasitəsilə keyfiyyətə nəzarət işlərini koordinasiya etmək və mütəmadi sahə yoxlamalarında iştirak etmək

3. Qüsurların İzlənməsi və Öyrənilmiş Dərslər
Layihələr, podratçı iş həcmləri və aktiv növləri üzrə qüsur nümunələrini izləmək
Təkrarlanan keyfiyyət problemlərini və əsas səbəbləri təhlil etmək
Əldə olunan nəticələri yenilənmiş standartlara, yoxlama siyahılarına və meyar göstəricilərinə daxil etmək
Təhvilvermə mərhələsində keyfiyyət qiymətləndirməsini və bağlanış yoxlamalarını dəstəkləmək



4. Portfel üzrə Keyfiyyət Hesabatları
Layihələr üzrə keyfiyyət vəziyyətini ümumiləşdirərək portfel səviyyəli hesabatlar hazırlamaq
Yüksək riskli layihələri Texniki Ofisin rəhbərinə bildirmək
Müstəqil keyfiyyət qiymətləndirməsi ilə mərhələ keçidi (stage-gate) icmallarını dəstəkləmək
Tələblər
Texniki bacarıqlar:
Memarlıq və ya inşaat mühəndisliyi, yaxud əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Daşınmaz əmlak layihələrində keyfiyyətə nəzarət üzrə 10+ il iş təcrübəsi
Tikinti spesifikasiyaları, materiallar, tamamlanma işləri və iş sahələri üzrə güclü anlayış
Yoxlama və sınaq prosedurları, eləcə də qüsurların idarə olunması üzrə təcrübə
Beynəlxalq keyfiyyət standartları ilə tanışlıq
Yüksək səviyyəli yaşayış, otelçilik və ya qarışıq təyinatlı layihələrdə təcrübə üstünlükdür

Liderlik və İş Üslubu:
Detallara diqqətli və yüksək dəqiqliklə işləyən
Dizayn və spesifikasiyalara konstruktiv yanaşan və onları qiymətləndirə bilən
Texniki və rəhbər səviyyəli maraqlı tərəflərlə aydın ünsiyyət qura bilən
Davamlı inkişaf və öyrənilmiş dərslər yanaşmasına sahib
Müstəqil və müxtəlif layihə komandaları ilə işləmək bacarığı

О компании

PASHA Real Estate Group
Baku

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that uphold high standards of quality and sustainability. Emphasizing customer satisfaction and strategic asset management, the group aims to innovate within the property management sector while achieving superior investment outcomes. PASHA Real Estate Group prioritizes the well-being of its employees, fostering a supportive work environment and providing opportunities for professional growth and development.

Все вакансии PASHA Real Estate Group

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Менеджер по QA/QC и техническим стандартам
Откликнуться