Специалист по контролю качества

в OBA Marketlər şəbəkəsi

Локация
Salyan
Опыт
1–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
10 июля 2026
Языки
Azerbaijani
Дедлайн
8 августа 2026

О роли

Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiqinə nəzarət etmək
Qida təhlükəsizliyinin minimal tələbləri ilə bağlı personalın təlimləndirilməsini təmin etmək
Marketlərdə plana uyğun yoxlamaların həyata keçirilməsini təmin etmək və nəticələrə əsasən hesabatlar hazırlamaq
Uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkilini və icrasını izləmək
Personal tərəfindən gigiyenik tələblərə riayət olunmasına nəzarət etmək
Marketlərdə məhsulların istifadə müddətlərinə və yararlılığına nəzarət etmək, müddəti bitmiş və yararsız məhsulların aktlaşdırılaraq rəfdən çıxarılmasını təmin etmək, həftəlik və aylıq hesabatlar təqdim etmək
Məhsulların marketlərdə düzgün saxlanılmasına nəzarət etmək
Marketlərdə mal qonşuluğu prinsipinə riayət olunmasına nəzarət etmək
Tədarükçü müəssisələrdə məhsulların istehsalı, saxlanılması və qablaşdırılması proseslərinin qida təhlükəsizliyi tələblərinə uyğunluğunu və gigiyenik qaydalara riayət olunmasını yoxlamaq
Tədarükçülərin hazır məhsul daşıyan nəqliyyat vasitələrinin sanitar vəziyyətini və daşınma tələblərinə uyğunluğunu yoxlamaq
Tədarükçülərin istehsal sahələrinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq
Tədarükçülər üzrə audit planlarının razılaşdırılmasını təmin etmək və aidiyyəti şəxslərə hesabatlar təqdim etmək
Standartların tələblərindən irəli gələn digər nəzarət mexanizmlərinin və təlimatların hazırlanmasını təmin etmək
İş fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Tələblər
Ali təhsil (Qida mühəndisliyi, Qida təhlükəsizliyi, Biologiya, Kimya və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilmək)
Qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və ya audit sahəsində minimum 1-3 il iş təcrübəsinə malik olmaq
Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri (HACCP, ISO 22000 və s.) üzrə biliklərə sahib olmaq
Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqlarına sahib olmaq
Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq
Məsuliyyətli, diqqətli və intizamlı olmaq
Avtomobilin olması mütləqdi

О компании

OBA Marketlər şəbəkəsi
Retail · Baku

OBA Market is a discount grocery retail chain in Azerbaijan, part of the Veyseloglu Group, operating over 1,200 neighborhood stores.

Все вакансии OBA Marketlər şəbəkəsi

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по контролю качества
Откликнуться