Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 000 ₼
Опубликовано
1 июля 2026
Языки
English, Russian
Дедлайн
31 июля 2026

О роли

İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00

Əsas vəzifələr

  • Tikinti layihələri üzrə material, avadanlıq və xidmətlərin satınalma prosesini planlamaq və idarə etmək;

  • Yerli və xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;

  • Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;

  • Kommersiya təkliflərini təhlil etmək, qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən uyğun seçimləri təqdim etmək;

  • Satınalma sifarişlərinin hazırlanmasına, icrasına və vaxtında çatdırılmasına nəzarət etmək;

  • Müqavilələrin hazırlanması və icrasını əlaqələndirmək;

  • Satınalma büdcəsinin səmərəli idarə olunmasına və xərclərin optimallaşdırılmasına dəstək vermək;

  • Layihə, anbar, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;

  • Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər

  • İnşaat sektorunda Procurement Manager və ya Satınalma Meneceri kimi minimum 3 il iş təcrübəsi;

  • Yerli və beynəlxalq satınalma prosesləri üzrə praktiki bilik və təcrübə;

  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələrin idarə edilməsi sahəsində təcrübə;

  • Tikinti materialları, avadanlıqları və təchizat bazarı haqqında yaxşı bilik;

  • İngilis və Rus dillərini sərbəst səviyyədə bilmək (hər iki dil üzrə bilik mütləqdir);

  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;

  • Analitik düşünmə, liderlik, planlama və qərarvermə bacarığı;

  • Əvvəlki iş yerləri üzrə referansların təqdim edilməsi mütləqdir.

Təklif edirik

  • Əmək haqqı: 1,500–2,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun qiymətləndirilə bilər);

  • Performans göstəricilərinə əsaslanan bonus sistemi;

  • Həftədə 5 iş günü (09:00–18:00);

  • Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera imkanı;

  • Peşəkar inkişaf və təlim imkanları;

  • Dinamik və peşəkar komandada çalışma imkanı.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 000 ₼
Менеджер по закупкам
Откликнуться