Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
700–700 ₼
Опубликовано
16 июня 2026

О роли

Stabil və uzunmüddətli iş imkanı; Peşəkar komandada çalışma fürsəti; Karyera inkişafı imkanları; Rəqabətli əmək haqqı; Dəstəkçi və inkişaf yönümlü iş mühiti.

Vəzifə öhdəlikləri

Anbara daxil olan və anbardan çıxan məhsulların qəbulunu, qeydiyyatını və nəzarətini həyata keçirmək; Məhsul hərəkətlərini 1C proqramında düzgün və operativ şəkildə işləmək; Anbar qalıqlarına gündəlik nəzarət etmək və inventarizasiyalarda iştirak etmək; Məhsulların düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək; Sənədləşmə proseslərini düzgün aparmaq; Anbar intizamını və iş proseslərinin təşkilini təmin etmək; Anbar fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Şirkət əmlakının və məhsullarının qorunmasına məsuliyyət daşımaq.

Tələblər

25-35 yaş aralığında olmaq;

Anbardar və ya anbar üzrə məsul vəzifədə minimum 2 il iş təcrübəsi;

1C proqramında sərbəst işləmək bacarığı;

Diqqətli, məsuliyyətli və intizamlı olmaq;

Analitik düşüncə və qərarvermə qabiliyyəti;

Təşəbbüskar və yenilikçi yanaşmaya sahib olmaq;

Məsuliyyət götürmək və nəticəyə fokuslanmaq bacarığı;

Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları;

Şirkət maraqlarını öz maraqları kimi qoruyub inkişaf etdirmək düşüncəsinə sahib olmaq;

Anbar idarəçiliyi, məhsul dövriyyəsi və inventar prosesləri üzrə biliklər.

Bizim üçün ideal namizəd:

Biz sadəcə məhsul sayan anbardar deyil, anbarın sahibi kimi düşünən, proseslərə nəzarət edən, problemləri öncədən görən, həll yolları təklif edən və şirkətin inkişafına töhfə verən əməkdaş axtarırıq.

Namizəd məsuliyyətli, etibarlı, sistemli və işinə sahib çıxan biri olmalıdır.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
700–700 ₼
Заведующий складом
Откликнуться