Financial AnalysisRisk AnalysisFinancial Modeling
Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, English
Навыки и технологии
О роли
Vəzifə funksiyaları
Departament üzrə bütün əməkdaşların işə davamiyyəti, məzuniyyət, icazəlilərin və izahatların qeydiyyatı və ayın sonunda hesabatlarının aparılmasına nəzarət edir. Vəfat etmiş müştərilərin işləri ilə bağlı Bankın təlimat və qaydalarının həyata keçirilməsini təmin edir.
Departamentin iş fəaliyyətinə aid olan bütün növ ərizə və xidməti məktubların qəbul edilməsi, hazırlanması və aidiyyatı struktur bölmələrə və ya vəzifəli şəxslərə yönləndirilməsini təmin edir.
Departamentə lazım olan dəftərxana ləvazimatlarının sifariş və qəbul edilməsini təmin edir.
Təqib şöbəsinin bildiriş sifarişlərinin və digər məktubların hazırlanmasını təmin edir.
Təqib şöbəsi ilə əlaqəli mütəmadi olaraq zəruri hesabatların tərtib edilməsini və şöbə müdirinə və ya departament direktoruna təqdim edilməsini təmin edir.
Rəhbərliyin tapşırığı ilə hesabat göstəricilərinin biribirinə nisbətən, müqayisəli və sair müxtəlif formalı hesabatlar hazırlayır.
Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarınınvə/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
- Məsuliyyət
- Nizam intizam
- Təşəbbüskarlıq
- Detallara diqqət
- Nəticəyə yönümlülük
- Qərarvermə
- Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir. Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Kompüter biliyi
- Excel - Yüksək
- SQL - Yüksək
О компании
Bank of Baku
Banking & Financial Services · Baku
Bank of Baku — один из ведущих банков Азербайджана, специализирующийся на розничном и корпоративном банкинге.
Все вакансии Bank of BakuПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Asset-Liability ManagementBusiness Intelligence ToolsFinancial Analysis
Business AnalysisMicrosoft ExcelOracle SQL
ETLPower BIPower Query




