ArcGISISO 14001Environmental Monitoring
Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
9 июня 2026
Языки
Azerbaijani, Russian, English
Навыки и технологии
О роли
Əsas Vəzifə Öhdəlikləri
Səlahiyyətləri çərçivəsində podratçı və subpodratçı təşkilatların fəaliyyətində ətraf mühitə zərərli təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
Layihənin fəaliyyət müddəti zamanı proseslərin bütün mərhələlərində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək;
Ekoloji normativ və ətraf mühitin mühafizəsi ilə bağlı digər texniki sənədlərin tərtib edilməsində iştirak etmək;
Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların tətbiqi:
Səlahiyyətləri çərçivəsində podratçı və subpodratçı təşkilatların fəaliyyətində ətraf mühitə zərərli təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
Layihənin fəaliyyət müddəti zamanı proseslərin bütün mərhələlərində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək;
- Ətraf mühitə təsirlərin qiymətləndirilməsi: Fəaliyyətin ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
- Audit və təftiş: Cəmiyyətin fəaliyyət sahələrində aparılan audit işlərində və təftişlərdə iştirak etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
- Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
- Təlim və təlimatlandırma: İlkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.
- Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində, ilkin məlumatların toplanmasını həyata keçirilməsində və yekun hesabatların hazırlanmasında iştirak etmək.
- Monitorinq və hesabatlılıq:
Ekoloji normativ və ətraf mühitin mühafizəsi ilə bağlı digər texniki sənədlərin tərtib edilməsində iştirak etmək;
Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək;
- Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında ətraf mühitin mühafizəsinə dair tələblər üzrə maarifləndirmə işlərinə dəstək vermək.
- Dövlət qurumlarına ünvanlanan məktubların və aidiyyəti sənədlərin hazırlanmasında iştirak etmək.
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Ətraf Mühitin İdarə Edilməsi, Ekologiya, Mühəndislik)
- Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə;
- İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
О компании
"AzerGold" CJSC
Mining & Metals · Baku
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Все вакансии "AzerGold" CJSCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
AuditingAnalytical ThinkingEnvironmental Compliance
Environmental MonitoringISO 14001Waste Management
Contractor ManagementISO 14001Environmental Impact Assessment

