Специалист по логистическим операциям

в FS Mackenzie

Локация
Азербайджан
Опыт
1–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
29 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
29 июля 2026

О роли

Biz — FS Mackenzie, logistika və yükdaşıma sahəsində çoxillik təcrübəyə malik beynəlxalq şirkətik.

Hazırda Bakı ofisimizdə komandamıza bizimlə birlikdə inkişaf etməyə hazır olan enerjili və iddialı Logistika Əməliyyatları üzrə Mütəxəssisi (Logistic Operation Specialist) axtarırıq.

Biz təklif edirik:

  • Tanınmış beynəlxalq şirkətdə sabit və perspektivli iş imkanı
  • İş qrafiki: İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) (09:00 - 18:00).
  • Rəqabətə davamlı əmək haqqı
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və dəstəkçi kollektiv
  • Karyera yüksəlişi imkanları

Vəzifə öhdəlikləri:

  • Yüklərin daşınma marşrutlarının, tranzit vaxtının və xərclərinin planlaşdırılması.
  • Beynəlxalq və daxili daşımaların (hava, dəniz, quru) əlaqələndirilməsi.
  • Gömrük sənədləşməsi və yük təqibi proseslərinin icrası.
  • Gündəlik əməliyyat sənədlərinin (hesabatlar, qaimələr) hazırlanması və sistemə daxil edilməsi.
  • Müştərilər və beynəlxalq tərəfdaşlarla peşəkar ünsiyyətin qurulması, problemlərin operativ həlli.

Tələblər:

  • Təhsil: Logistika, Nəqliyyat və ya İdarəetmə üzrə ali təhsil.
  • Təcrübə: Logistika və ya ekspeditor şirkətlərində minimum 1-3 il iş təcrübəsi.
  • Aktivlik,məsuliyyətlilik və nəticəyə yönümlülük
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis ünsiyyət, İngilis dili üstünlük hesab olunur (xarici ofislərlə kommunikasiya üçün).
  • Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel və korporativ proqram təminatı (ERP sistemləri bilənlərə üstünlük verilir).
  • Bacarıqlar: Güclü analitik düşüncə, stresə davamlılıq, çoxşaxəli (multitasking) iş rejimi.

Əgər beynəlxalq mühitdə karyera qurmaq, peşəkar inkişaf və yüksəliş imkanı əldə etmək istəyirsinizsə — komandamıza qoşulun!

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по логистическим операциям
Откликнуться