Специалист по сортировке отходов

в Ecomag LTD

Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
30 июня 2026
Языки
Azerbaijani
Дедлайн
30 июля 2026

О роли

Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator – istehsalat, tikinti və ya tibb müəssisələrində bərk məişət tullantılarını ətraf mühit standartlarına və qanunvericiliyə uyğun idarə olunmasını, çeşidlənməsini həyata keçirir

Vəzifə öhdəlikləri:

  • Tullantıların növünə və tərkibinə görə (plastik, şüşə, metal, kardon və s.) qruplaşdırılması, xüsusi qablarda saxlanılmasını təmin etmək.
  • Azərbaycan Respublikasının "Tullantılar haqqında" Qanununa və Ekologiya və Təbii Sərvətlər Nazirliyi standartlarına riayət olunmasını təmin etmək, müvafiq hesabatları və sənədləşdirmələri aparmaq.
  • İşçi heyətinə tullantıların təhlükəsiz idarə olunması və çeşidlənməsi qaydaları üzrə təlimlər keçmək, təhlükəsizlik və ekoloji qaydalara nəzarət etmək.
  • Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkətin siyasətinə uyğun həyata keçirilməsini təmin etmək.
  • Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq.
  • Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq.
  • Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq.
  • İşçilərə tullantıların idarə olunması, çeşidlənməsi, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək.
  • Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq.
  • Layihə çərçivəsində riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək.
  • Tullantıların çeşidlənməsi sahəsində innovativ və davamlı həll yollarının tətbiqini həyata keçirmək.
  • Tullantıların çeşidlənməsi üzrə monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddən tələb olunanlar:

  • Komanda ilə işləmə bacarığı
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Nəqliyyat vasitəsinin olması mütləqdir.

Biz nə təklif edirik

  • Sabit əmək haqqı.
  • Koorperativ nömrə şirkət tərəfindən qarşılanır
  • Effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;
  • Rəsmi qeydiyyat və stabil iş qrafiki (09:00 – 18:00);

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по сортировке отходов
Откликнуться