Специалист по закупкам

в Moya Trade MMC

Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
1 000–1 200 ₼
Опубликовано
6 июля 2026

О роли

Vəzifə: Satınalma mütəxəssisi

Şirkət: MoyaTrade MMC

İş yeri: Regionlar üzrə ezamiyyətlər

Maaş: 1000–1200 AZN + bonus/KPI

Ezamiyyət xərcləri: Qanunvericiliyə uyğun ödənilir

Vəzifə öhdəlikləri:

MoyaTrade MMC regionlarda yerli fermerlərlə işləyəcək satınalma mütəxəssisi axtarır. Namizədin əsas vəzifəsi yerli fermerlərlə görüşlər keçirmək, bağ və təsərrüfatlarda məhsullar haqqında məlumat toplamaq, məhsul reyestrini formalaşdırmaq və yetişmə planını hazırlamaqdan ibarət olacaq.

İş şəraiti:

  1. İş qrafiki: Həftə ərzində 5 gün regionlarda ezamiyyət;
  2. Əmək haqqı: 1000–1200 AZN;
  3. Əlavə bonus: KPI nəticələrinə əsasən;
  4. Ezamiyyət xərcləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödənilir;
  5. Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
  6. Peşəkar və inkişaf yönümlü iş mühiti.

Qeyd:

İş regionlara səfərlərlə bağlı olduğu üçün namizədin şəxsi avtomobili ilə hərəkət etməsi tələb olunur.

Müraciət qaydası:

Vəzifə öhdəlikləri

  1. Regionlarda yerli fermerlər və təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi;
  2. Bağlarda və təsərrüfatlarda məhsulların vəziyyəti, həcmi, keyfiyyəti və yetişmə müddəti barədə məlumatların toplanması;
  3. Məhsullar üzrə reyestrin hazırlanması və mütəmadi yenilənməsi;
  4. Məhsulların yetişmə planının çıxarılması;
  5. Bazar qiymətlərinin araşdırılması və uyğun alış qiymətlərinin müəyyənləşdirilməsi;
  6. Fermerlərlə alış qiyməti və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
  7. Şirkətin satınalma strategiyasına uyğun olaraq təchizat bazasının genişləndirilməsi;
  8. Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Tələblər

  1. Satınalma, kənd təsərrüfatı, ticarət və ya fermerlərlə iş sahəsində təcrübə arzuolunandır;
  2. Regionlara mütəmadi ezamiyyətə getməyə hazır olmaq;
  3. Şəxsi avtomobilinin olması mütləqdir;
  4. Aktiv sürücülük təcrübəsi olmalıdır;
  5. Danışıqlar aparmaq və insanlarla düzgün ünsiyyət qurmaq bacarığı;
  6. Məsuliyyətli, çevik və nəticəyönümlü olmaq;
  7. Bazar qiymətlərini təhlil etmək və düzgün qərar vermək bacarığı;
  8. MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.

О компании

Moya Trade MMC
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Bakı

MoyaTrade MMC kənd təsərrüfatı məhsullarının tədarükü və ticarəti sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti yerli fermer və təsərrüfatlarla əməkdaşlıq edərək keyfiyyətli kənd təsərrüfatı məhsullarının müəyyən edilməsi, məhsul reyestrinin və yetişmə planının hazırlanması, bazar tələblərinə uyğun satınalma prosesinin təşkili və məhsulların satış kanallarına yönləndirilməsidir. MoyaTrade MMC fermerlərlə uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələrinin qurulmasına, satınalma proseslərinin sistemli şəkildə idarə edilməsinə və kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.

Все вакансии Moya Trade MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 000–1 200 ₼
Специалист по закупкам
Откликнуться