Навыки и технологии
О роли
“Sea Breeze Construction” MMC “Tender üzrə mütəxəssis” vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Tenderlərin monitorinqi və təhlili:
- Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
- Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
- Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.
Tender sənədlərinin hazırlanması:
- Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
- İştirak üçün tələb olunan hüquqi, maliyyə və inzibati sənədləri toplamaq və hazırlamaq;
- Texniki və kommersiya təkliflərini aidiyyəti şöbələrlə birlikdə hazırlamaq;
- Sənədləri elektron imza ilə təsdiq edərək müvafiq platformalara vaxtında təqdim etmək.
Koordinasiya və kommunikasiya:
- Texniki, maliyyə, satınalma və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
- Tender təşkilatçıları ilə rəsmi yazışmaları aparmaq və sorğuları cavablandırmaq;
- Tender iştirak təminatının və bank qarantiyalarının alınması prosesini koordinasiya etmək.
Müqavilələrin idarə olunması və hesabatlılıq:
- Tender nəticələrini izləmək və təhlil etmək;
- Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
- Tender sənədlərinin arxivləşdirilməsini təmin etmək və dövri hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil (hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya digər uyğun ixtisaslar üstünlükdür);
- Tikinti sahəsində tender üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma prosedurları üzrə biliklər;
- Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
- Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
- etender.gov.az portalı və elektron imzadan sərbəst istifadə bacarığı;
- SAP, Ariba və digər elektron satınalma platformalarında iş təcrübəsi üstünlükdür;
- MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
- Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
- Bank qarantiyaları və tender təminatları ilə iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Analitik düşüncə, məsuliyyət, diqqətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki – 6/1.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tender üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
О компании
Sea Breeze Construction MMC is a Baku-registered construction company (established 2022) that has carried out residential and infrastructure construction projects in Azerbaijan, including work connected to the Sea Breeze Resort development and reconstruction projects in the Garabagh region.
Все вакансии Sea Breeze ConstructionПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



