Локация
Bakı
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июля 2026
Языки
Azerbaijani, English

О роли

Vəzifə: Brend Meneceri


Əsas vəzifə öhdəlikləri

  • Avtomobil brendinin Azərbaycanda inkişaf strategiyasını hazırlamaq və həyata keçirmək.
  • Brendin bazardakı mövqeyini gücləndirmək və marka dəyərinin artırılması istiqamətində layihələr icra etmək.
  • İllik marketinq və kommunikasiya planını hazırlamaq, büdcəni idarə etmək və icrasına nəzarət etmək.
  • Reklam kampaniyalarını (TV, radio, rəqəmsal media, outdoor, PR və s.) planlaşdırmaq və idarə etmək.
  • Sosial media, rəqəmsal marketinq və kontent strategiyasının hazırlanmasına rəhbərlik etmək.
  • Marketinq agentlikləri, media tərəfdaşları və digər təchizatçılarla əməkdaşlığı idarə etmək.
  • Yeni avtomobil modellərinin bazara çıxarılması (Launch) üzrə marketinq planlarını hazırlamaq və icra etmək.
  • Test Drive, sərgilər, təqdimatlar, sponsorluq və digər marketinq tədbirlərini təşkil etmək.
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına dəstək vermək.
  • Diler şəbəkəsinin fəaliyyətlərini koordinasiya etmək və vahid brend standartlarının tətbiqini təmin etmək.
  • Müştəri davranışını, bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini mütəmadi analiz etmək.
  • Satış və marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar vasitəsilə ölçmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Brend kitabçasına (Brand Guidelines) uyğun olaraq bütün kommunikasiya materiallarına nəzarət etmək.
  • CRM, Lead Management və müştəri loyallığı proqramlarının inkişafına dəstək vermək.
  • İstehsalçı şirkət ilə müntəzəm əlaqə saxlamaq, marketinq hesabatlarını hazırlamaq və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək.


Namizədə tələblər

  • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Brand Management və ya Marketinq sahəsində minimum 5 il iş təcrübəsi.
  • Avtomobil sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
  • Marketinq strategiyası, rəqəmsal marketinq və brend idarəçiliyi üzrə dərin biliklər.
  • Layihələrin idarə edilməsi bacarığı.
  • Analitik düşüncə və bazar araşdırması aparmaq bacarığı.
  • Büdcə planlaşdırılması və maliyyə nəzarəti sahəsində təcrübə.
  • Güclü təqdimat və ünsiyyət bacarıqları.
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək.
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək; Power BI, Google Analytics, Meta Ads Manager və Google Ads üzrə bilik üstünlük hesab olunur.


Şəxsi keyfiyyətlər

  • Liderlik bacarığı
  • Yaradıcı və innovativ düşüncə
  • Nəticəyönümlülük
  • Məsuliyyətlilik
  • Təşkilatçılıq bacarığı
  • Komandada işləmək bacarığı
  • Danışıqlar və qərarvermə bacarığı


Əmək şəraiti:

· İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118

· 6 günlük iş rejimi;

· Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Marketinq üzrə menecer" başlığı ilə hr@autoaz.az ünvanına göndərə bilərsiniz.

О компании

Hyundai Azerbaijan
Motor Vehicle Manufacturing · 201-500 · Bakı

Auto Azərbaycan MMC - Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur

Все вакансии Hyundai Azerbaijan

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Brend Menecer
Откликнуться