Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июля 2026
Языки
Azerbaijani

О роли

Şirkətin sosial media strategiyasına uyğun olaraq TikTok və digər qısa video platformaları üçün kreativ video kontentlərin hazırlanmasını və icrasını təmin etmək;Kontent planına uyğun ideyaların, ssenarilərin və çəkiliş konseptlərinin hazırlanmasında iştirak etmək;Mobiloqrafiya prinsiplərinə uyğun olaraq mobil cihaz və ya digər çəkiliş avadanlıqları ilə yüksək keyfiyyətli video çəkilişlərini həyata keçirmək;Çəkilmiş materialların peşəkar montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, subtitrlərin və qrafik elementlərin əlavə edilməsini təmin etmək;TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq və paylaşmaq;Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində kampaniya, məhsul təqdimatı, mağaza açılışları və korporativ layihələr üzrə video məzmunlar hazırlamaq;Hazırlanan kontentin şirkətin brend standartlarına və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;Sosial media hesablarında paylaşım prosesini idarə etmək, paylaşım təqviminə uyğun kontentlərin vaxtında yayımlanmasını təmin etmək;Kontentin effektivliyini əsas performans göstəriciləri (baxış sayı, izlənmə müddəti, əhatə dairəsi, qarşılıqlı əlaqə və s.) əsasında təhlil etmək və optimallaşdırma üzrə təkliflər vermək. Xüsusi tələblər Vacib şərt: Müraciət zamanı namizədin portfolio, showreel və ya idarə etdiyi sosial media hesablarını təqdim etməsi mütləqdir.Maraqlanan namizədlər [email protected] email ünvanına “Kontent yaradıcısı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət etmək üçün: [email protected]

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Kontent yaradıcısı
Откликнуться