Локация
Bakı
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
English, Russian

О роли

Vəzifə öhdəlikləri:

  • Təşkilat, professionalizm və heyət nöqteyi nəzərindən ona tabe olan sahənin idarə edilməsi və monitorinqinin (işə nəzarət edilməsi və nəticələrin təhlili) aparılması
  • Departamentin inkişafı və departamentdə baş verən qeyri-tipik hadisələr barədə müntəzəm və fövqəladə məlumatlandırma)
  • Analitika və hesabatlılıq

· Rəqəmsal və oflayn kampaniyaların effektivliyinin (ROI, CPL, CTR, satışa dönüş nisbəti və s.) aylıq təhlili və rəhbərliyə hesabatların təqdim olunması.

· Google Ads, Meta Business Suite, TikTok Ads və digər platformalarda kampaniyaların idarə olunması və nəticələrin monitorinqi.

· Brendin tanıdılma səviyyəsinin artırılması, mövqeləndirmə strategiyasının işlənməsi və tətbiqi.

· Satış və xidmət şöbələri ilə birgə kampaniyaların hazırlanması, CRM məlumatlarının analizi və müştəri loyallığı proqramlarının tətbiqi.

· Marketinq departamentinin strateji və əməliyyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi və strateji plan qrupunun zəruri məlumatlarla təmin edilməsi

  • Müəssisənin marketinqlə əlaqəli strategiyasının və büdcəsinin işlənib hazırlanmasında, marketinq kompaniyalarınının həyata keçirilməsi üçün əməliyyat planlarını hazırlayıb marketinq komitəsinin müzakirəsinə təqdim edilməsi
  • Müəssisənin ümumi strateji planı çərçivəsində marketinq siyasətinin icrasının təmin edilməsi
  • Marketinq üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
  • Rəqiblərin və bazarın günlük izlənilməsi
  • Bazarın seqmentləşdirilməsi üçün təhlilin aparılması
  • Əlavə fəaliyyətlərin (events) həyata keçirilməsinin təşkili və idarəedilməsi
  • PR və Reklam fəaliyyətinin təşkili və idarəedilməsi
  • Marketinq komandası üzvlərinin bütün fəaliyyətlərini təşkil etmək və onları istiqamətləndirmək
  • Marketinq komandası ilə həftəlik və aylıq yığıncaqlar təşkil edərək marketinq strategiyalarından irəli gələn məsələləri müzakirə etmək
  • Marketinq və yeni kompaniyalar ilə əlaqədar bütün növ sənəd və müqavilələrin yoxlanılması və ilkin təstiqi
  • Təmsil olunan markanın standartları çərçivəsində fəaliyyət göstərmək

Tələblər:

  • Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə ali təhsil;
  • Əlaqədar sahə üzrə ən azı 5 il idarəetmə təcrübəsi;
  • Xarici dil biliyi ( İngilis, Rus)
  • Marketinqin əsasları, idarəedilməsi və tədqiqat metodlarını bilməli
  • PR, CRM və reklam işinin təşkilini bilməli
  • Müştəri məmnuniyyətinin təmin edilə bilməsi üçün müştəri xidmət standartlarının təşkilini və nəzarətini bilməli
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü, idarəedici;

Əmək şəraiti:

· İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118

· 6 günlük iş rejimi;

· Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Marketinq üzrə menecer" başlığı ilə hr@autoaz.az ünvanına göndərə bilərsiniz.

О компании

Hyundai Azerbaijan
Motor Vehicle Manufacturing · 201-500 · Bakı

Auto Azərbaycan MMC - Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur

Все вакансии Hyundai Azerbaijan

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Marketinq üzrə menecer
Откликнуться