Менеджер по маркетингу

в BMY Caspian MMC

Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
31 июля 2026

О роли

BMY Caspian MMC komandamıza məhsul və xidmətlərimizi peşəkar şəkildə tanıdacaq, bazarı araşdıran, texniki məlumatları mənimsəyərək keyfiyyətli kontent hazırlaya bilən Marketinq Meneceri axtarırıq.

İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00

Əsas vəzifələr

  • Şirkətin məhsul və xidmətlərini dərindən öyrənmək, onların üstünlüklərini düzgün və effektiv şəkildə təqdim etmək;

  • Şirkət tərəfindən təşkil olunan məhsul və texniki təlimlərdə aktiv iştirak etmək;

  • Tikinti bazarını, rəqibləri və sektor trendlərini mütəmadi araşdırmaq;

  • Sosial media və digər kommunikasiya kanalları üçün kontent planı hazırlamaq və həyata keçirmək;

  • Məhsullar, layihələr və görülən işlərlə bağlı foto, video və mətn məzmunlarının hazırlanmasını koordinasiya etmək;

  • Məhsulların texniki üstünlüklərini sadə və cəlbedici formada təqdim edən kontentlər hazırlamaq;

  • Tanıtım materialları, təqdimatlar, broşurlar və digər marketinq məzmunlarının hazırlanmasında iştirak etmək;

  • Satış komandası ilə əməkdaşlıq edərək marketinq fəaliyyətlərini dəstəkləmək;

  • Brendin tanınmasını artıracaq yeni ideya və təşəbbüslər irəli sürmək.

Tələblər:

  • Marketinq sahəsində iş təcrübəsi; tikinti və ya inşaat sektorunda təcrübə üstünlükdür;

  • İnşaat, mülki mühəndislik, memarlıq və ya digər əlaqəli ixtisas üzrə təhsil və ya bu sahə üzrə biliklər üstünlükdür;

  • Güclü araşdırma, analitik düşünmə və kontent hazırlama bacarığı;

  • Sosial media platformaları və rəqəmsal marketinq üzrə praktiki biliklər;

  • Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (İngilis dili mütləqdir), Rus dili biliyi üstünlükdür;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və komandada işləmək bacarığı.

Təklif edirik:

  • Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;

  • Performans göstəricilərinə əsaslanan bonus sistemi;

  • Həftədə 5 iş günü (09:00–18:00);

  • Məhsul və peşəkar inkişaf üzrə mütəmadi təlimlər;

  • Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi;

  • Peşəkar və dinamik komandada çalışma imkanı.

Müraciət qaydası

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Менеджер по маркетингу
Откликнуться