Adobe Premiere ProAdobe After EffectsDaVinci Resolve
Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
14 июля 2026
Дедлайн
14 августа 2026
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Video məzmunların istehsalı: Şirkətin marketinq strategiyasına uyğun olaraq video konseptlərin hazırlanmasında iştirak etmək, çəkiliş və montaj prosesini həyata keçirmək;
- Tədbir və layihələrin çəkilişi: Mağaza açılışları, kampaniyalar, daxili tədbirlər, məhsul təqdimatları və korporativ layihələrin video çəkilişini təşkil etmək;
- Sosial media kontenti: Sosial media platformaları (Instagram, Facebook, TikTok, YouTube və s.) üçün trendlərə uyğun, kreativ və dinamik video məzmunlar hazırlamaq;
- Post-prodakşn (Montaj): Çəkilmiş materialların montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, həmçinin motion qrafika, subtitr və digər vizual effektlərin əlavə edilməsini həyata keçirmək;
- Brendə uyğunluq: Hazırlanan bütün video materialların şirkətin Brend Kitabçasına (Brand Guideline) uyğunluğunu təmin etmək;
- Avadanlıqların idarə edilməsi: Çəkiliş üçün lazımi avadanlıqların (kamera, işıq, mikrofon, stabilizator və s.) düzgün istifadəsini, qorunmasını və sazlığını təmin etmək;
- Vaxtın idarə edilməsi: Müəyyən edilmiş kontent planına və son tarixlərə (deadline) ciddi riayət edərək layihələri vaxtında təhvil vermək;
- Ezamiyyətlər: Vəzifə öhdəliklərinin icrası çərçivəsində ehtiyac olduqda regionlarda çəkilişlərin aparılması məqsədilə ezamiyyətlərdə iştirak etmək.
Vəzifə üzrə tələblər:
- Təhsil: Videoqrafiya, Multimedia, Kino, Media və ya əlaqəli sahə üzrə ali və ya peşə təhsili;
- İş təcrübəsi: Videoqraf və ya Video Editor kimi minimum 2 il iş təcrübəsi (Retail və ya reklam agentliyi təcrübəsi üstünlükdür);
- Portfolio: Portfolio və ya showreel təqdim edilməsi mütləqdir.
- Əsas proqramlar: Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
- Alternativ və köməkçi proqramlar: DaVinci Resolve, Final Cut Pro, Adobe Photoshop və Adobe Illustrator proqramları ilə işləmək bacarığı (üstünlükdür);
- Süni İntellekt (AI) alətləri: Runway, Topaz Video AI, CapCut AI, Adobe Firefly və digər AI əsaslı alətlərdən istifadə etməklə video montajı, rəng korreksiyası, səs təmizlənməsi və subtitr yaradılması təcrübəsi;
- Avadanlıq: Professional kamera, işıq, səs və digər çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı.
- Post-prodakşn: Video montajı, rəng korreksiyası (Color Grading), səs tənzimlənməsi və motion qrafika üzrə dərin biliklər;
- Sosial Media: Instagram Reels, TikTok, YouTube Shorts və digər platformaların formatlarına, trendlərinə uyğun video məzmun hazırlamaq bacarığı.
- Kreativ düşüncə, yüksək vizual estetik zövq və detallara diqqət;
- Vaxtın effektiv idarə olunması (multitasking) və layihələri təyin olunmuş deadline-a uyğun təhvil vermək bacarığı;
- Komandada işləmək və yüksək ünsiyyət (kommunikasiya) bacarıqları.
О компании
Azerbaijan SuperMarket
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Adobe Premiere ProAdobe After EffectsTrend Analysis
Adobe Premiere ProAdobe PhotoshopAdobe After Effects
Adobe After EffectsAdobe Premiere ProAdobe Illustrator


