Навыки и технологии
О роли
One Studio Kainatına Yeni Səyyah Axtarılır!
Rəqəmsal qalaktikaya açılan qapı — One Studio komandası genişlənir! Əgər sən vizualların gücü ilə zaman və məkanı aşmağa hazırsansa, ulduzlararası layihələrimizdə yerini al.
Biz layihələrimiz üzrə sərbəst qrafiklə əməkdaşlıq edə biləcəyimiz, yaradıcı Mobiloqraf (Outsource) axtarışındayıq!
Sənin Missiyan:
- Kainatın Vizualı: Brendlərimiz üçün kosmik keyfiyyətdə video və foto məzmunlar yaratmaq;
- İşıq Sürəti: Trendləri hamıdan tez tutmaq və onları yaradıcı şəkildə tətbiq etmək;
- Qalaktik Montaj: Mobil cihazlarda peşəkar montaj, rəng korreksiyası və səs effektləri ilə "wow" effekti yaratmaq;
- Yaradıcı Orbit: Kreativ ideyalarla komandamızın orbitinə yeni enerji qatmaq.
Tələblərimiz:
- Outsource Formatı: Sərbəst qrafiklə, layihə əsaslı yüksək keyfiyyətli xidmət göstərmək bacarığı;
- Mobil çəkiliş və montaj proqramlarını (CapCut, VN, Lightroom və s.) mükəmməl bilmək;
- Kompozisiya, işıq və kadr estetikası haqqında biliklər;
- Yaradıcı düşüncə və yanaşma.
Biz nə vəd edirik?
- Sərhədsiz yaradıcılıq azadlığı;
- Müasir və dinamik layihələrdə iştirak;
- Peşəkar komanda ilə sıx əməkdaşlıq.
Sərhədsiz ideyaların varsa, gəmi artıq uçuşa hazırdır!
Müraciət etmək üçün:
Əlaqə: +994 50 404 0 111
#onecareer #oneteam
О компании
All you need | Web and Graphic Design, Software Development, Social Media Management Company. All digital solutions - One Studio. Digital Solutions Studio One.az has started it's activity in 2007.
Все вакансии One StudioПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

