Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
30 июля 2026

Навыки и технологии

О роли

Audiometriya müayinəsinin aparılması (eşitmə müayinəsinin etmək);
Müştəriyə uyğun eşitmə cihazının təyin olunması;
Eşitmə cihazlarının satışının icra edilməsi;
Müştərinin tələbatına uyğun olaraq, müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Tələblər
Ali tibb təhsili;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır;
Dil bilikləri -Azərbaycan dili səlis, Rus dili biliyi arzuolunandır.

İş şəraiti:

İş saatları: həftə içi 10:00-18:00, şənbə 10:00-14:00 iş günü.

О компании

Kontakt Home
Retail · Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Все вакансии Kontakt Home

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Audiometrist (Otomed)
Откликнуться