О роли
Tələblər:
- Yaş: 20-40;
- Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili biliyi üstünlükdür;
- Effektiv kommunikasiya və təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək;
- Təyin olunmuş məhsulların tibb müəssisələri və apteklərdə təqdimatı;
- Dermatoloji məhsulların satışını təşkil etmək;
- Məhsullara təlabat yaratmaq və satışını təşkil etmək;
- Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 500 – 1000 AZN (Namizədlin bilik və bacarıqlarına əsasən təyin olunacaq)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibbi Nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
О компании
Azəri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq! Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Все вакансии AzəriMed MMC