Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri
Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.
Tələblər
Yaş: 22-45 yaş;
Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili;
Təcrübə: Qanalma üzrə iş təcrübəsi mütləqdir;
Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
İşində məsuliyyətli olmalıdır.
О компании
Azəri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq! Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Все вакансии AzəriMed MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

