Навыки и технологии
О роли
Sizi nə gözləyir:
Tibb bacısı xəstələrə yaş, diaqnoz və klinik vəziyyətlərinə uyğun təhlükəsiz və keyfiyyətli tibbi baxımın göstərilməsində, tibbi prosedurların icrasında, həkim təyinatlarının yerinə yetirilməsində və xəsrə təhlükəsizliyinin təmin olunmasında məsul olan ixtisaslı tibb işçisidir.
Xəstələrin həyat göstəricilərini (nəbz, arterial təzyiq, temperatur, tənəffüs, saturasiya və s.) ölçmək, müşahidə etmək və qiymətləndirmək.
Həkim təyinatına uyğun olaraq dərmanların hazırlanması və tətbiqini (yaş və çəkiyə uyğun dozalar əsasında) icra etmək.
Venadaxili girişlər, inyeksiyalar, infuziyalar və qan nümunələrinin götürülməsi prosedurlarını yerinə yetirmək.
Steril sahə, aseptika və antisepsiya qaydalarına riayət etməklə tibbi prosedurları icra etmək.
Tibbi avadanlıqların və cihazların (monitor, oksigen sistemi, nebulizator və s.) hazırlığını və düzgün istifadəsini təmin etmək.
Oksigen terapiyası, nebulizasiya və infuziya müalicəsinin aparılmasında iştirak etmək.
Pasiyentin klinik vəziyyətini davamlı izləmək, erkən ağırlaşma əlamətlərini aşkar edərək həkimi məlumatlandırmaq.
Təcili vəziyyətlərdə (hipotoniya, qanaxma, allergik reaksiya, tənəffüs pozğunluğu, şok və s.) operativ reaksiya göstərmək və ilkin tibbi yardım göstərmək.
Pasiyentin əməliyyat, prosedur və ya müalicəyə düzgün hazırlanmasını təmin etmək və sonrakı müşahidəni aparmaq.
İnfeksiyaların qarşısının alınması, sanitar-gigiyenik və infeksion nəzarət qaydalarına riayət etmək.
Pasiyent və yaxınları ilə etik, empatik və peşəkar ünsiyyət qurmaq, psixoloji ehtiyacları nəzərə almaq.
Tibbi sənədləşməni, hesabat və protokolları dəqiq və vaxtında aparmaq.
Klinik daxili qaydalara və pasiyent təhlükəsizliyi standartlarına uyğun fəaliyyət göstərmək.
Təlim-tədris prosesində yaxından iştirak, daimi inkişaf və öyrənməyə açıq olmaq
Tələblər
Sizdən gözləntilərimiz:
Tibb bacılığı vəya mamamlıq ixtisasları üzrə orta(dövlət kolleci) vəya ali təhsil və sertifikatlara malik olmaq.
İnsan orqanizminin anatomiyası və fiziologiyası, normal həyat göstəriciləri üzrə biliklərə sahib olmaq.
Dərman dozalarının yaş və bədən çəkisinə uyğun hesablanması bacarığına malik olmaq.
Venadaxili girişlər, inyeksiyalar və infuziya terapiyası sahəsində praktik bacarığa sahib olmaq.
Aseptika və antisepsiya, steril sahə və infeksiya nəzarəti qaydalarını bilmək.
Təcili vəziyyətlərdə ilkin tibbi yardım və CPR prinsipləri üzrə biliklərə malik olmaq.
Tibbi avadanlıqlar və monitorinq cihazları ilə işləmə bacarığına sahib olmalq.
Pasiyentin vəziyyətinin klinik qiymətləndirilməsi və müşahidə bacarığı olmaq.
Tibbi sənədləşməyə məsuliyyətli yanaşmaq.
Yüksək diqqət, məsuliyyət, stressə davamlılıq və komanda ilə işləmə bacarığına malik olmaq.
Etik davranış qaydalarına və pasiyent məxfiliyinə riayət etmək.
Növbəli iş rejiminə hazır olmaq.
Microsoft Office və tibbi qeydiyyat proqramları ilə işləməyi bacarmaq.
Stressə davamlılıq və çevik qərar vermək.
О компании
2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs statusunda təsis edilmişdir. Bu qərar Azərbaycanın azad edilmiş ərazilərində müasir səhiyyə və təhsil infrastrukturunun formalaşdırılması, regionda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətində atılmış mühüm və strateji addım olmuşdur. Qarabağ Universitetinin Klinikası (QUK) tədris, tədqiqat və tibbi xidməti birləşdirən inteqrasiya olunmuş model əsasında fəaliyyət göstərir. Klinikada gələcəyin həkim və tibb bacıları/qardaşları nəzəri biliklərini real klinik şəraitdə tətbiq edərək, elmi tədqiqatları praktik bacarıqlarla möhkəmləndirir. Klinikanın açılış mərasimi 2025-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Müasir standartlara tam cavab verən binada 23 həkim qəbul otağı, laboratoriyalar, radiologiya və təcili yardım şöbələri, Radiologiya şöbəsinin daxilində MRT (maqnit rezonans tomoqrafiyası), KT (kompüter tomoqrafiyası) kimi yüksək texnoloji tibbi avadanlıqlar quraşdırılmışdır. Yaxın zamanda Angioqrafiya şöbəsinin də fəaliyyəti nəzərdə tutulur. Bu imkanlar həm tibbi xidmətlərin effektivliyini, həm də tədris və tədqiqat proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Hal-hazırda Klinikanın ambulator bölməsi tam fəaliyyət göstərir və ixtisaslı həkimlər tərəfindən pasiyentlərə müxtəlif istiqamətlərdə tibbi xidmətlər göstərilir. Vətəndaşlar pediatriya, psixiatriya, uşaq psixiatriyası, nevrologiya, terapiya, revmatologiya, urologiya, ginekologiya və radiologiya üzrə qəbul oluna bilirlər. Bununla yanaşı, MRT, KT, rentgen, USM (o cümlədən ginekoloji USM), Exo, EKG və efor testləri kimi instrumental diaqnostika xidmətləri də təqdim olunur. Yaxın zamanda mammografiya bölməsinin də istifadəyə verilməsi planlaşdırılır. Laboratoriya şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir və yaxın günlərdə fəaliyyətə başlayacaq. 2026-cı ildən etibarən klinikada əməliyyatxana, pediatriya, terapiya və cərrahiyyə stasionarları, reanimasiya və neonatal reanimasiya şöbələri, doğum, həmçinin təcili yardım şöbələri fəaliyyət göstərəcəkdir. Bu strukturun tam formalaşması ilə Qarabağ Universitetinin Klinikası regionun ən müasir və funksional tibb müəssisələrindən birinə çevriləcək. Qarabağ Universitetinin Klinikası və Tibb Fakültəsinin yaradılması Azərbaycanın azad edilmiş ərazilərində təhsil, səhiyyə və tədqiqat infrastrukturunun yenidən dirçəldilməsi istiqamətində atılmış mühüm addımdır. Müasir elmi yanaşma, yüksək peşəkarlıq və etik dəyərlərə əsaslanan Qarabağ Universitetinin Klinikası yalnız tibbi xidmətlərin göstərilməsi ilə kifayətlənməyərək, elmi biliklərin praktikaya tətbiqi, beynəlxalq tərəfdaşlıqların qurulması, gələcəyin peşəkar səhiyyə mütəxəssislərinin yetişdirilməsi və region əhalisinin sağlamlıq səviyyəsinin yüksəldilməsi kimi strateji məqsədlərə xidmət edir.
Все вакансии Qarabağ Universitetinin KlinikasıПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
