Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
400–500 ₼
Опубликовано
8 июля 2026
Языки
Azerbaijani

Навыки и технологии

О роли

İş qrafiki: 6 günlük iş həftəsi.

Bazar ertəsi – Cümə: 08:00 dan–17:00 dək.

Şənbə: qısaldılmış iş günü.

Vəzifə öhdəlikləri

Pasiyentlərin qarşılanması və şəxsiyyət məlumatlarının yoxlanılması.

Venoz və kapilyar qan nümunələrinin standartlara uyğun şəkildə götürülməsi.

Bioloji nümunələrin (qan, sidik və s.) düzgün qəbul edilməsi, etiketlənməsi və laboratoriyaya təhvil verilməsi.

Qanalma zamanı aseptika və antiseptika qaydalarına ciddi riayət edilməsi.

Birdəfəlik tibbi ləvazimatlardan düzgün istifadə və tibbi tullantıların qaydalara uyğun utilizasiyasının təmin edilməsi.

Qanalma otağında istifadə olunan avadanlıqların və iş sahəsinin təmizliyinə və saz vəziyyətdə saxlanılmasına nəzarət.

Pasiyentlərə analizə hazırlıq qaydaları barədə məlumat verilməsi.

Qanalma zamanı və sonrasında yarana biləcək hallara operativ reaksiya verilməsi və zəruri ilkin tibbi yardımın göstərilməsi.

Daxili qaydalara, sanitariya-gigiyena normalarına və keyfiyyət standartlarına riayət edilməsi.

Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqların yerinə yetirilməsi.

Tələblər

Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali təhsil.

Aktiv tibb bacısı sertifikatı (üstünlükdür, tələb olunarsa qeyd edilə bilər).

Qanalma sahəsində iş təcrübəsi.

Venadaxili qanalma bacarığı.

Məsuliyyətli, diqqətli və pasiyentlərlə etik ünsiyyət bacarığı.

Komandada işləmək və növbəli iş rejiminə uyğunlaşmaq bacarığı.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
400–500 ₼
Медсестра
Откликнуться