Qrup rəhbəri (“Peşə təmayüllü siniflər” layihəsi üçün)

в Elm və Təhsil Nazirliyi

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
14 июля 2026
Языки
Azerbaijani
Дедлайн
13 августа 2026

О роли

“Peşə təmayüllü siniflər” layihəsi 2026–2027-ci tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulu elan edir!

Namizədlər üçün tələblər:

  • Ali təhsil;

  • Minimum 1 il iş təcrübəsi;

  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

  • Ofis proqramları və Google Drive alətləri ilə işləmək bacarığı;

  • Layihələrin idarə olunması sahəsində təcrübə;

  • Güclü ünsiyyət və kollektivlə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;

  • Sinif kollektivi ilə sistemli işin təşkili;

  • Layihə dərslərini tədris edən müəllimlərin fəaliyyətinin idarə olunması, onlara pedaqoji və müvafiq dəstəyin göstərilməsi;

  • Şagirdlərə peşəyönümü və karyera seçimi istiqamətində dəstək göstərilməsi;

  • Əsas səriştələr fənninin tədris edilməsi;

  • Tədris prosesinin təşkil olunması;

  • Hesabatların hazırlanması;

  • Layihə əməkdaşları tərəfindən verilən tapşırıqların vaxtında və tam şəkildə yerinə yetirilməsi.

  • Qeyd: Bir namizəd yalnız bir ümumi təhsil müəssisəsinə müraciət edə bilər. Bir neçə dəfə qeydiyyatdan keçən namizədlərin yalnız birinci müraciəti nəzərə alınacaq.

  • Yuxarıda göstərilən tələblərə uyğun olan və müraciət formasını düzgün tamamlayan namizədlər imtahana dəvət ediləcəklər.

  • Təhsili təsdiq edən sənəd müraciət formasına yalnız bir fayl PDF şəklində yüklənməlidir. Yüklənən faylın həcmi 10 MB-dan çox olmamalıdır.

  • İmtahanın tarixi və keçirilmə yeri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Müraciət etmək üçün aşağıda qeyd olunan keçidə daxil olaraq yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır.

Son müraciət tarixi: 28 iyul 2026-cı il

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Qrup rəhbəri (“Peşə təmayüllü siniflər” layihəsi üçün)
Откликнуться