Учитель общего английского языка

в UpGrade Education & Consulting

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
10 июля 2026
Языки
English, Azerbaijani

О роли

General English Teacher

UpGrade Education & Consulting 2019-cu ildən təhsil sahəsində fəaliyyət göstərən və tələbə nəticəsini əsas prioritet hesab edən təhsil mərkəzidir. Biz tədris prosesini sistemli metodologiya, müasir yanaşma və yüksək akademik standartlar əsasında qururuq.

Hazırda komandamızı genişləndirir və peşəsini sevən, inkişaf etməyə açıq, tələbələrinin real nəticələr əldə etməsinə töhfə verəcək General English müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri

• General English proqramı üzrə interaktiv və kommunikativ dərslərin tədrisi (bütün tədris materialları və kurikulum təqdim olunur);

• Dərslərin tələbələrin səviyyə və ehtiyaclarına uyğun şəkildə planlaşdırılması;

• Tələbələrin akademik inkişafının izlənilməsi və müntəzəm rəy verilməsi;

• Müsbət, motivasiyaedici və effektiv öyrənmə mühitinin formalaşdırılması;

• Gənclər və yeniyetmələr üçün qrup dərslərinin aparılması.

Tələblər

• İngilis dili üzrə minimum C1 səviyyəsi;

• IELTS, TOEFL və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;

• Tədris sahəsində minimum 1 il iş təcrübəsi;

• CELTA, TESOL və ya digər beynəlxalq müəllimlik sertifikatları üstünlük hesab olunur;

• Güclü ünsiyyət, təqdimat və sinif idarəetmə bacarıqları;

• Məsuliyyətli, təşəbbüskar və peşəkar yanaşmaya sahib olmaq.

İş şəraiti

• Əyani iş rejimi;

• Tam ştat üstünlükdür, yarımştat əməkdaşlıq da mümkündür (minimum 5–6 saat);

• Çevik iş qrafiki (axşam saatlarında dərslər daxil olmaqla);

• Nəticəyə əsaslanan maaş artımı — nəticələrin nə qədər yaxşıdırsa, qazancın da bir o qədər çox olur

Niyə UpGrade?

• Güclü akademik komanda və dəstəkləyici iş mühiti;

• Təcrübəli metodistlər tərəfindən mentorluq və davamlı peşəkar inkişaf;

• Hazır kurikulum, metodik materiallar və müasir tədris resursları;

• Şəffaf qiymətləndirmə sistemi və stabil tələbə axını;

• Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanları.

Nəticəyə əsaslanan maaş artımı — nəticələrin nə qədər yaxşıdırsa, qazancın da bir o qədər çox olur

Müraciət

Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Учитель общего английского языка
Откликнуться