Специалист по корпоративным продажам

в Ateshgah Sigorta

Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
1 августа 2026

О роли

Namizədə tələblər

  • Yaş: 23-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Bonus və rüblük motivasiya

Vakansiya növü - Tam ştat

О компании

Ateshgah Sigorta
Maliyyə və sığorta fəaliyyəti, Sığorta

Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti artıq 30 ildir ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır. Strateji Baxış İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində maliyyə xidmətləri sektorunda lider olaraq qalmaq. Missiya Bəyanatı Əhalini və biznesi inkluziv və etibarlı maliyyə müdafiəsi ilə təmin etmək. Dəyərlər Liderlik İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində qüsursuz işgüzar nüfuza malik olma. İnnovativlik Qabaqcıl texnologiyaların tətbiqi sayəsində proses və prosedurların optimallaşdırılması Yeni bazarların və gələcək müştəri tələbatlarının davamlı araşdırılması İdeyadan icraya qədər olan yolun maksimum dərəcədə qısaldılması Müştəri yönümlülük Fərdi yanaşma, maksimum dərəcədə faydalı olmaq istəyi Operativlik, prosedurların sadəliyi və müştərilər üçün rahatlığı Öhdəliklərin dəqiq yerinə yetirilməsi. Komanda işi Bilik və təcrübənin şirkətimizin bütün səviyyələrində mütamadi paylaşılması Həmrəylik ruhuna əsaslanaraq məqsədlərə çatmaq naminə birgə əməkdaşlıq Əməkdaşlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibət İnsan kapitalına sərmayə Əməkdaşların nailiyyətlərinin tanınması və şəxsi təşəbbüskarlığın təşviqi İşçilərin inkişafı və səmərəli motivasiya sistemi İşdən məmnunluq yaradan əmək şəraiti Cəmiyyət qarşısında məsuliyyət Biznesdə şəffaflıq, müştərilər və rəqiblərlə etik davranış Ölkənin mədəni irsinin, ekoloji, sosial və idarəetmə təşəbbüslərin dəstəklənməsi Əhali arasında sığorta mədəniyyətinin təbliği və inkişafı Xarici mühitə uyğunlaşma Çətin proqnozlaşdırılan və qeyri-sabit xarici mühit şirkətdən aşağıdakıları tələb edəcək: Təşkilati çeviklik – sürətlə dəyişən şəraitə uyğunlaşmaq üçün daxili strukturların elastikliyi; Risklərin effektiv idarə olunması bacarığı – müxtəlif növ risklərin (iqtisadi, texnoloji, ekoloji və s.) qabaqlayıcı təhlili və idarəsi; Müştəri loyallığının möhkəmləndirilməsi – xidmət keyfiyyətinin yüksəldilməsi və fərdiləşdirilmiş yanaşmalarla müştəri bazasının saxlanılması; Texnologiya səviyyəsinin inkişaf etdirilməsi – rəqəmsallaşma, onlayn xidmətlər, süni intellekt və data-analytics imkanlarından səmərəli istifadə; Yeni reallıqlara uyğun məhsul strategiyalarının və idarəetmə modellərinin təkmilləşdirilməsi – sosial və iqtisadi dəyişiklikləri, ESG və digər tələbləri nəzərə almaqla; Ekoloji və sosial təşəbbüslərdə aktiv iştirak – reputasiyanın gücləndirilməsi üçün ətraf mühit və cəmiyyət yönümlü layihələrə töhfə vermək. Mədəni irsimizin qorunub saxlanılması və ekoloji təmiz gələcək naminə çalışmaq.

Все вакансии Ateshgah Sigorta

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по корпоративным продажам
Откликнуться