Специалист по работе с партнерами

в Honours Academy

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
27 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
27 июля 2026

О роли

Vəzifə haqqında:

  • “Honours Academy” korporativ tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və müştəri münasibətlərinin idarə edilməsi istiqamətində çalışacaq, nəticəyönümlü “Partnyorlarla İş üzrə Mütəxəssis” axtarır. Bu vəzifə şirkətlərin təlim ehtiyaclarının analizi, fərdi təkliflərin hazırlanması və tərəfdaş məmnuniyyətinin təmin olunmasında əsas rol oynayır.

Əsas öhdəliklər:

  • Korporativ müştərilərlə ilkin əlaqələrin qurulması və təlim proqramlarının təqdim edilməsi;
  • Müştəri ehtiyaclarına uyğun fərdi təlim təkliflərinin hazırlanması və icrasına nəzarət;
  • Korporativ qeydiyyat və yönləndirmə proseslərinin idarə edilməsi;
  • Tərəfdaşlarla davamlı kommunikasiyanın saxlanılması və operativ dəstəyin göstərilməsi;
  • Təhsil və marketinq komandaları ilə koordinasiyalı şəkildə layihələrin vaxtında icrası;
  • Potensial müştəri bazasının, yazışmaların və təkliflərin qeydiyyatı/izlənilməsi;
  • Partnyor şirkətlərlə birgə tədbir, seminar və networking görüşlərinin təşkili;
  • Tələbələr və partnyor qurumlar arasında peşəkar əlaqələrin qurulması.

Tələblər:

  • Biznes, Marketinq və ya Kommunikasiya sahəsində Ali təhsil;
  • B2B satış və ya korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübə;
  • Yüksək təqdimat, danışıqlar aparma və kommunikasiya bacarıqları;
  • Təşəbbüskarlıq, planlama və eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
  • Müştəri tələblərindən asılı olaraq çevik iş saatlarına uyğunlaşma imkanı;
  • Azərbaycan və ingilis dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı;

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Dinamik iş prosesi və geniş networking imkanları;
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Karyera inkişafı və yüksəliş perspektivləri.

İş qrafiki:

  • Günlər: Bazar ertəsi – Cümə (5 iş günü);
  • Saatlar: 10:00 – 19:00.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по работе с партнерами
Откликнуться