Навыки и технологии
О роли
- Əmək haqqı : 800-1200 + satışlardan faiz razılaşma + bonus ( Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.)
- İş təcrübəsi 1-3 il
- İş qrafiki 09:00-18:00 (həftə içi)
- Lift avadanlıqlar üzrə satışını həyata keçirmək üçün motivasiyalı və aktiv əməkdaş axtarılır
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi
- Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
Tələblər
- Yaş: 25 +
- Ali təhsili
- Satış sahəsində ən azı 1 il təcrübəsi olmalı
- B2B satış proseslərində iştirak və müştəri portfeli formalaşdırmaq təcrübəsi
- Satış planlarını hazırlamaq, icra etmək və aylıq/həftəlik hesabatlar təqdim etmək bacarığı
- Yüksək ünsiyyət, təqdimat və nəticəyə fokuslu iş bacarıqları
- MS Office proqramlarında işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və operativ olmaq
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq
- Sürücülük vəsiqəsi olmalı, avtomobilin mövcüd olması arzuolunandır
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

