Локация
Bakı
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
600–800 ₼
Опубликовано
22 июля 2026
Языки
Azerbaijani, Turkish

О роли

✈️ Vakansiya: Turizm üzrə Satış Meneceri

Travel360.az komandası böyüməyə davam edir və yeni əməkdaş axtarır!

Turizm sahəsində təcrübəniz varsa, satış bacarıqlarınıza güvənirsinizsə və dinamik iş mühitində karyera qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

  • Vəzifə öhdəlikləri

Müştərilərə turizm xidmətləri üzrə peşəkar məsləhət vermək;

Fərdi və qrup tur paketlərini hazırlamaq və satışını həyata keçirmək;

Aviabilet, otel, transfer, viza və səyahət sığortası rezervasiyalarını təşkil etmək;

Müştərinin büdcəsinə və istəyinə uyğun ən optimal səyahət həllərini təqdim etmək;

Tur operatorları və tərəfdaşlarla yazışmaları və rezervasiya prosesini idarə etmək;

Satış prosesini ilk müraciətdən xidmətin tamamlanmasına qədər izləmək;

Müştəri məmnuniyyətini təmin etmək və satış sonrası dəstək göstərmək.

  • Namizədə tələblər

Turizm sahəsində minimum 1 il iş təcrübəsi

Azərbaycan və Türk dilində sərbəst danışıq bacarığı;

Satış və ünsiyyət bacarıqlarının yüksək olması;

Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;

Komandada işləmək bacarığı;

MS Office proqramlarından istifadə bacarığı;

Rezervasiya sistemləri (RezLive, RateHawk və s.) ilə işləmək bacarığı üstünlük hesab olunur.

  • Biz təklif edirik

Əmək haqqı: 600-800 AZN (Gross) + yüksək bonus sistemi;

Rəsmi əmək müqaviləsi;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

Müasir və rahat ofis şəraiti;

Korporativ təlimlər və davamlı inkişaf dəstəyi;

Mehriban və motivasiyalı komanda.

📍İş yeri: Bakı , Koala Parkın yanı

🕘 İş qrafiki: Bazar ertəsi – Cümə: 09:30–18:30, Şənbə günü - hibrid

Məktubun mövzu hissəsində:"Turizm üzrə Satış Meneceri"* qeyd olunması xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
600–800 ₼
Outgoing Tur menecer
Откликнуться