Sales ManagementTeam LeadershipCustomer Relationship Management
Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
2 500–2 500 ₼
Опубликовано
29 июня 2026
Языки
Azerbaijani
Дедлайн
29 июля 2026
Навыки и технологии
О роли
Böyüyən və inkişaf edən komandamıza “Sabirabad və Lənkəran ” üzrə Bölgə Müdiri axtarırıq.
İş barədə məlumat:
- Potensial müştəriləri müəyyənləşdirmək, onlarla effektiv əlaqələr qurmaq və yeni müştərilərin cəlb edilməsi üçün rəqabətqabiliyyətli kommersiya təkliflərini hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Məhsul və xidmətləri müştərilərə geniş və peşəkar şəkildə tanıtmaq;
- Satış təmsilçilərindən ibarət komandanı idarə etmək, onların fəaliyyətini planlamaq, motivasiya etmək, iş keyfiyyətinə və hədəflərə çatmağa nəzarət etmək;
- Mövcud müştəri bazasını davamlı inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək;
- Qiymət siyasətinin formalaşdırılması, satış proseslərinin təhlili və müvafiq sənədləşmənin idarə edilməsini həyata keçirmək;
- Həftəlik və aylıq satış hesabatlarını dəqiq və vaxtında hazırlamaq;
- Müştəri debitor borclarını effektiv idarə etmək və ödənişlərin vaxtında alınmasını təmin etmək;
- Komanda daxilində təşkilatçılıq, planlama və nəzarət funksiyalarını həyata keçirərək iş proseslərinin düzgün və səmərəli idarə olunmasını təmin etmək.
Namizədə tələblər:
- Şəxsi avtomobilə malik olmaq mütləqdir;
- Yaş həddi: 25-40 yaş arası;
- Satış sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə satış meneceri vəzifələrində təcrübə üstünlükdür;
- Komandada işləmək bacarığı, əməkdaşları motivasiya etmə, liderlik və nəzarət qabiliyyəti;
- Yüksək ünsiyyət və inandırma bacarığı;
- Öz üzərində daim işləyən, inkişafa meyilli və nəticələrə fokuslanan;
- Dəqiq, intizamlı və işinə məsuliyyətlə yanaşan;
- Satış analizlərini aparmaq və nəticələr əsasında fəaliyyət planları hazırlamaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması və çoxsaylı tapşırıqları prioritetləşdirmək bacarığı.
Əmək şəraiti:
- Əmək haqqı: 2500 AZN + bonuslar (nəticəyə əsaslanan motivasiya sistemi);
- İş rejimi: Həftənin 6 günü;
- İş saatı: 09:00-dan 18:00-dək.
О компании
FAB Group-Omid MMC
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Sales ManagementTeam LeadershipCustomer Relationship Management
Business DevelopmentSales ManagementTeam Leadership
Sales ManagementTeam LeadershipReal Estate Sales



