B2B SalesSales ManagementTeam Leadership
Локация
Bakı
Опыт
Senior
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
21 июля 2026
Навыки и технологии
О роли
İş haqqında məlumat
Storm yüksək keyfiyyətli sement əsaslı quru qarışıqlar təqdim edən Norm brendidir. Storm Solutions zavodunda hal-hazırda AZS 039-2000 EN 12004 standartına uyğun C1TE kafel və keramika yapışdırıcısı və C2TE yüksək dayanıqlı xarici keramika və mərmər yapışdırıcısı istehsal olunur.
- Şirkətin məhsullarının satışını təşkil etmək və satış həcmini artırmaq;
- Şirkətin kommersiya planına uyğun olaraq günlük, həftəlik və aylıq satış hədəflərinə nail olmaq;
- Mövcud müştərilərlə güclü və davamlı kommunikasiya qurmaq və eyni zamanda yeni müştəriləri aktiv şəkildə cəlb etmək;
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklifləri hazırlamaq;
- Müştəri sorğularına cavab vermək və dəqiq, vaxtında kommersiya təklifləri təqdim etmək;
- Təyin olunmuş ərazilərdə və seqmentlərdə müştəri portfelini aktiv şəkildə genişləndirmək;
- Rəqib məhsullarını, qiymətləri və ümumi bazar tendensiyalarını (onlayn və oflayn) izləmək;
- Müştəri rəylərini toplamaq və nəticələri rəhbərinə daim hesabat şəklində təqdim etmək;
- Satış proseslərinin və bazar mövqeyinin təkmilləşdirilməsi üçün tövsiyələr irəli sürmək;
- Əsas pərakəndə və topdan satış kanalları üzrə günlük/həftəlik qiymət monitorinqi aparmaq;Günlük satış hesabatları hazırlamaq və rəhbərinə təqdim etmək;
- Müştəri müqavilələrini, sifariş formalarını və çatdırılma tələblərini hazırlamaq və idarə etmək;
- Müştəri məlumatlarını və satış fəaliyyətlərini CRM və digər sistemlərdə vaxtında yeniləmək;
- Distribyutorların gecikmiş ödənişlərini izləmək və vaxtında ödənişlərin təmin edilməsinə nəzarət etmək;
- Müştəri görüşlərində, təqdimatlarda, yerində nümayişlərdə, sərgilərdə və marketinq tədbirlərində şirkəti təmsil etmək;
- Məhsulun görünürlüğünü və satışını artırmağa yönəlmiş marketinq kampaniyalarına və promosiya fəaliyyətlərinə dəstək vermək;
- Distribyutorlarla birgə POS (satış nöqtəsi) satış proseslərinin idarə edilməsinə və dəstəklənməsinə nail olmaq;
- Distribyutorlarla satış nöqtələri arasında kommunikasiya və koordinasiyanın təmin edilməsinə kömək etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər funksiyaları icra etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
B2B SalesCustomer Relationship ManagementMarket Analysis
Sales StrategyCustomer Relationship ManagementNegotiation
Sales ManagementLead GenerationPipeline Management

