Специалист по управлению бизнес-процессами

в Unibank Kommersiya Bankı

Локация
Bakı
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
9 июля 2026
Языки
English, Russian, Azerbaijani
Дедлайн
7 августа 2026

О роли

Mövcud biznes prosesləri təhlil etmək, funksiyaların təkrarlanmasını və səmərəsiz mərhələləri müəyyən etmək, proseslərin "As-Is" və "To-Be" modellərini hazırlamaq;
Biznes proseslərinin optimallaşdırılması, standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
Proseslərin icra müddətinin, əməliyyat xərclərinin və əl əməyinin azaldılması məqsədilə təkmilləşdirmə təşəbbüsləri hazırlamaq;
Biznes tələblərini toplamaq, təhlil etmək və texniki komandalar üçün funksional tələblər hazırlamaq;
Yeni biznes proseslərinin, rəqəmsal həllərin, sistem inteqrasiyalarının və avtomatlaşdırma layihələrinin hazırlanması və tətbiqində iştirak etmək;
Avtomatlaşdırılacaq proseslər üzrə funksional və biznes tələblərini hazırlamaq, onların icrasına nəzarət etmək və test prosesində iştirak etmək;
Biznes prosesləri üzrə normativ sənədləri, prosedurları, təlimatları və proses xəritələrini hazırlamaq və mütəmadi yeniləmək;
Yeni proseslərin tətbiqi zamanı aidiyyəti struktur bölmələri arasında koordinasiyanı təmin etmək və layihə iştirakçıları ilə effektiv əməkdaşlıq qurmaq;
İcra olunan layihələr üzrə təqdimatlar, analitik hesabatlar və rəhbərlik üçün məlumat materialları hazırlamaq;
Bankın daxili siyasət və prosedurlarına, eləcə də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya İnformasiya texnologiyaları üzrə);
BPM, biznes proseslərinin təhlili, optimallaşdırılması və ya biznes analitikası sahəsində minimum 3–5 il iş təcrübəsi;
Biznes proseslərinin modelləşdirilməsi, As-Is və To-Be proseslərinin hazırlanması üzrə praktiki təcrübə;
Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərin hazırlanması üzrə təcrübə;
Rəqəmsallaşdırma, proseslərin avtomatlaşdırılması və sistem inteqrasiyası layihələrində iştirak təcrübəsi;
Proses performansının ölçülməsi (KPI, SLA) və davamlı təkmilləşdirilməsi üzrə təcrübə;
Normativ sənədlərin, prosedurların və proses xəritələrinin hazırlanması təcrübəsi;
MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yüksək səviyyədə işləmək bacarığı;
İngilis dilini ən azı Intermediate, rus dili biliyi arzuolunandır;
Bank sektorunda iş təcrübəsi, bank məhsulları, əməliyyat prosesləri və ödəniş sistemləri üzrə biliklər;
Visio, Bizagi, ARIS və ya digər proses modelləşdirmə alətləri ilə işləmək bacarığı;
SQL (Oracle) üzrə əsas biliklər;
Agile, Scrum və ya Waterfall metodologiyaları üzrə ümumi biliklər;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Effektiv ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;

О компании

Unibank Kommersiya Bankı
Banking · Baku

Unibank is a major Azerbaijani commercial bank offering retail and corporate banking and digital financial services.

Все вакансии Unibank Kommersiya Bankı

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по управлению бизнес-процессами
Откликнуться