Навыки и технологии
О роли
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi.
- Biznes proseslərinin müəyyən edilməsi, modelləşdirilməsi və optimallaşdırılması.
- Funksional testlərin aparılması və istifadəçi qəbul testlərində (UAT) iştirak edilməsi.
- Layihə idarəetmə proseslərinə dəstək göstərilməsi.
- Biznes və texniki komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.
- Yeni funksionallıqlar üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi.
- SWOT təhlili və iş axınlarının hazırlanması.
- İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin edilməsi.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya müvafiq sahə üzrə).
- IT Biznes Analitik sahəsində minimum 5 il iş təcrübəsi.
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları.
- BPMN, UML kimi proses modelləşdirmə metodologiyaları üzrə biliklər (üstünlükdür).
- Agile, Scrum və ya digər layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
- SQL, API-lərlə işləmə bacarığı (üstünlükdür).
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
О компании
“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur. “Bakinity Distribution” MMC bank, sığorta və dövlət qurumları, telekommunikasiya operatorları, təhsil, səhiyyə, tikinti və iri pərakəndə satış sahələri üçün həllər təklif edir. Şirkətin əsas fəaliyyət istiqaməti müştərilər üçün konsaltinq və inteqrasiya olunmuş həllər təqdim etməkdir. Xidmət və məhsullarıız informasiya texnologiyalarının əsas sahələrini əhatə edir: məlumatların emalı və saxlanması üçün avadanlıq və proqram təminatı həlləri, informasiya təhlükəsizliyi, şəbəkələrin qurulması və konfiqurasiyası, həmçinin, avadanlığın istismar müddəti ərzində texniki dəstək. Bakinity dünyanın aparıcı İT şirkətləri ilə tərəfdaşlıq edir. Onların arasında Cisco, Dell, HP, Microsoft, Fortinet, PaloAlto, Vmware, Zebra və digər nəhəng texnologiya brendləri yer alır. Şirkət dövlət qurumları, neft şirkətləri və banklar üçün bir sıra iri layihələri uğurla həyata keçirmişdir. Fəaliyyət sahəsi İnformasiya texnologiyaları və xidmətləri Təsis edilib 2001-ci il İxtisaslaşma sahələri Cisco, HP, Lenovo, Microsoft, Dell, Vmware, Zebra, Fortinet, PaloAlto, Canon, Logitech video, Snom, Socomec, Veeam, və 3CX
Все вакансии Bakinity Distribution MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


