Работает над различными AI проектами, требуются навыки Python и машинного обучения.
Младший инженер по приложениям искусственного интеллекта и AI-агентам
О роли
Vəzifənin məqsədi
Bu əməkdaş FinTech Lab MMC-nin məhsulları və daxili əməliyyatları üçün LLM əsaslı tətbiqlərin, RAG həllərinin, bilik köməkçilərinin və alət/API inteqrasiyalı AI agentlərinin hazırlanmasında iştirak edir. İşlər AI Engineering Lead və ya Senior AI Engineer-in rəhbərliyi altında həyata keçirilir.
Əsas vəzifə öhdəlikləri
- LLM API-ləri və ya açıq mənbəli modellərdən istifadə etməklə AI funksiyalarının hazırlanmasında iştirak etmək.
- Təsdiq edilmiş şirkət sənədləri, bilik bazası, məhsul məlumatları və əməliyyat prosedurları üzrə RAG həlləri qurmaq.
- Axtarış, sorğuların təsnifatı, xülasələşdirmə, növbəti addım tövsiyəsi və eskalasiya üçün AI agentləri və workflow-lar hazırlamaq.
- AI xidmətlərini daxili backend sistemləri, verilənlər bazaları və API-lərlə inteqrasiya etmək.
- Prompt şablonları, strukturlaşdırılmış JSON çıxışları, fallback mexanizmləri və eskalasiya qaydaları yaratmaq.
- Hallüsinasiyanı, cavab keyfiyyətini, gecikməni, token/xərc istifadəsini və istifadəçi rəylərini ölçmək.
- Prompt injection, məlumat sızması və icazəsiz alət istifadəsi kimi risklərə qarşı qoruyucu məntiq qurmaq.
- Mənbəsi olmayan sorğularda qəti cavab verməyən, insan eskalasiyasını dəstəkləyən etibarlı sistem davranışı yaratmaq.
- Software Engineering, Service Management və məhsul komandaları ilə biznes problemlərini AI use-case-lərə çevirmək.
- Git, code review, test və texniki sənədləşmə standartlarına uyğun işləmək.
Tələblər
Təhsil və təcrübə
- Kompüter Elmləri, Süni İntellekt, Data Science, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr təhsili, son kurs tələbəsi və ya ekvivalent praktiki hazırlıq.
- 0–2 il təcrübə; internship, kurs layihəsi, hackathon, open-source töhfəsi, freelance iş və ya GitHub portfeli qəbul edilir.
- Ən azı bir işlək LLM, RAG, chatbot və ya AI agent layihəsini izah və nümayiş edə bilmək.
Texniki bacarıqlar
- Python dili üzrə yaxşı baza: funksiyalar, modullar, virtual environment, paket idarəetməsi, fayl emalı, exception handling və HTTP sorğuları.
- FastAPI, Flask və ya ekvivalent framework ilə sadə REST API hazırlamaq bacarığı.
- SQL üzrə baza: SELECT, JOIN, GROUP BY, filtr, aqreqasiya və sadə data yoxlamaları.
- Git, branch, commit, pull request və code review prinsipləri ilə işləmək.
- LLM anlayışları: system/user prompt, context window, token, temperature, structured output, tool/function calling və prompt engineering.
- RAG anlayışları: chunking, embedding, semantic search, retrieval, context injection, reranking və mənbə göstərilməsi.
- pgvector, FAISS, Chroma, Qdrant, Pinecone, Weaviate və ya ekvivalent vector search alətlərindən ən azı biri ilə ilkin təcrübə.
- LangChain, LangGraph, LlamaIndex, CrewAI və ya ekvivalent agent/workflow framework-ləri ilə ilkin tanışlıq.
- JSON, CSV, PDF, DOCX və mətn məlumatlarının emalı barədə ilkin anlayış.
- Docker və Docker Compose ilə ilkin iş təcrübəsi.
- Əsas test, loglama, xəta araşdırması və texniki sənədləşdirmə vərdişi.
Təhlükəsizlik və keyfiyyət
- Müştəri, maliyyə və daxili məlumatların məxfiliyinə ciddi yanaşmaq.
- Secrets-ləri source code-da saxlamamaq və environment variables istifadə etmək.
- Least-privilege, data minimization və giriş nəzarəti prinsiplərini anlamaq.
- AI cavablarının test nümunələri, gözlənilən nəticələr və metrikalarla yoxlanılmasının vacibliyini bilmək.
- AI sisteminin insan eskalasiyasına ehtiyac duyduğu halları anlamaq.
Arzuolunan tələblər
- PostgreSQL, xüsusilə pgvector ilə təcrübə.
- Pydantic, async Python və background worker-lərlə ilkin təcrübə.
- OpenAI, Anthropic, Google, Azure, AWS və ya local/open-source model API-ləri ilə iş təcrübəsi.
- OAuth, API key, webhook və xarici servis inteqrasiyası barədə bilik.
- Azərbaycan, türk, rus və ya ingilis dillərində AI cavab keyfiyyətini qiymətləndirmə təcrübəsi.
- Fintech, marketplace, müştəri xidməti, daşınmaz əmlak, avtomobil və ya əməliyyat avtomatlaşdırması üzrə maraq.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və problemləri mərhələli araşdırmaq bacarığı.
- Dəqiq, oxunaqlı və dəstəklənə bilən kod yazmağa meyl.
- Rəy qəbul etmək, mentorluq altında inkişaf etmək və code review prosesində işləmək istəyi.
- Texniki olmayan əməkdaşlara həllin imkanlarını və məhdudiyyətlərini sadə dillə izah etmək bacarığı.
- Məsuliyyətli, məxfiliyə diqqətli və nəticəyönümlü yanaşma.
İş barədə məlumat:
- Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
- İş yeri: Bakı, Nərimanov ray., Fəxrəddin Musayev küç., 10A.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Kiçik Süni İntellekt Tətbiqləri və AI Agentləri Mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

О компании
Ваш отклик
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Требуется бэкенд-разработчик с опытом более 2 лет в Java, Spring Boot и AI инструментах.
Разрабатывает Java backend программное обеспечение и обладает знаниями Spring Framework.
Занимается AI-инженерией для голосовых ботов и анализа диалогов, требуется знание Python.