Ümumi məlumat
Bir ekosisteminin "Code Camp" layihəsi İT sahəsində karyerasına başlamaq və real iş mühitində təcrübə qazanmaq istəyən gənclər üçün təcrübə proqramıdır. Proqram iştirakçılara fərqli texnoloji istiqamətlər üzrə təcrübəli mütəxəssislərlə birlikdə işləmək, real layihələrdə iştirak etmək və biliklərini praktikada inkişaf etdirmək imkanı yaradır.
Proqram çərçivəsində Android, iOS, Backend, System Development, IT Business Analysis və Quality Assurance (QA) istiqamətləri üzrə təcrübə imkanları təqdim olunur.
Öhdəliklər
- Məhsul tələblərini və qəbul meyarlarını təhlil etmək, testə yararlılıq baxımından suallar qaldırmaq
- Test keyslər və yoxlama siyahıları hazırlamaq, onları Jira/Xray-də saxlamaq
- Funksional, reqress və smoke testlərini icra etmək (veb və mobil — Android/iOS)
- Aşkarlanan defektləri təkrarlanabilən şəkildə qeydə almaq: addımlar, gözlənilən və faktiki nəticə, mühit, sübut (ekran şəkli/video/log)
- Düzəlişləri yenidən yoxlamaq və təsirlənən sahələrdə reqress testləri aparmaq
- API yoxlamalarında iştirak etmək (Postman/Swagger) və SQL vasitəsilə məlumatları təsdiqləmək
- Komanda görüşlərində iştirak etmək (daily, grooming, planning, review, retro)
- Avtomatlaşdırma testləri ilə tanış olmaq və bu istiqamətdə inkişaf etmək
Tələblər
- İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli ixtisas üzrə təhsil (digər ixtisaslar da nəzərdən keçirilə bilər)
- Analitik düşüncə və detallara diqqət
- Problemləri aydın və strukturlaşdırılmış şəkildə yazılı formada izah etmək bacarığı
- Veb və mobil tətbiqlərin işləmə prinsipləri barədə ümumi anlayış
- İngilis dilində texniki sənədləri oxumaq bacarığı
- Öyrənməyə açıq olmaq və geri bildirişləri qəbul etmək bacarığı
- SQL üzrə ilkin biliklər (SELECT, JOIN) üstünlükdür
- Postman və ya API anlayışı ilə tanışlıq üstünlükdür
- İstənilən proqramlaşdırma dili üzrə baza biliklər (Java üstünlükdür)
- QA kursu, sertifikatı, pet-proyekt və ya universitet layihəsi təcrübəsi üstünlükdür
- Jira, TestRail və ya Xray kimi alətlərlə tanışlıq üstünlükdür
- Mobil tətbiqlərin test edilməsinə maraq