Məlumatların idarəedilməsi üzrə korporativ çərçivələri tətbiq edir və məlumat keyfiyyətini təmin edir
Vakansiya haqqında
Təsvir
IRIA daxilində və Milli Məlumat Hövzəsi (MMH) ekosistemində etibarlı, keyfiyyətli və məsuliyyətlə istifadə olunan data üçün idarəçilik modelini qurmaq və onun icrasına rəhbərlik etmək. Rol data strategiyasını konkret prioritetlərə, işlək nəzarətlərə və ölçülə bilən nəticələrə çevirir; analitika, rəqəmsal xidmətlər və AI həlləri üçün datanın istifadəyə hazırlığını təmin edir.
Əsas vəzifə öhdəlikləri
- Data idarəçiliyi strategiyasını, hədəf əməliyyat modelini və mərhələli yol xəritəsini hazırlamaq; onları IRIA-nın data, AI və rəqəmsal xidmət prioritetləri ilə uyğunlaşdırmaq.
- Strategiyanı illik və rüblük icra planına çevirmək; nəticələri, məsul şəxsləri, asılılıqları, resurs ehtiyaclarını və qəbul meyarlarını müəyyən etmək.
- Mövcud idarəçilik yetkinliyini qiymətləndirmək, risk və fayda əsasında prioritetləri seçmək; rəhbərliyə irəliləyiş, maneələr və qərar tələb edən məsələlər barədə hesabat vermək.
- Mərkəzi standartlarla qurum və domen səviyyəsində məsuliyyəti birləşdirən federativ idarəçilik modelini qurmaq; data sahibi (Data Owner), steward və texniki custodian rollarını və RACI bölgüsünü müəyyən etmək.
- Data idarəçiliyi komitəsinin və işçi qruplarının mandatını, qərarvermə, istisna və eskalasiya proseslərini hazırlamaq; qərarların icrasını izləmək.
- MMH-nə qoşulan qurumlar üçün idarəçilik üzrə hazırlıq və qəbul meyarlarını müəyyən etmək; steward şəbəkəsinə metodoloji dəstək, təlim və koordinasiya təmin etmək.
- Data keyfiyyəti, metadata, sahiblik, təsnifat, paylaşma, istifadəyə icazə və saxlanma üzrə siyasət, standart və prosedurları hazırlamaq, təsdiqə təqdim etmək və tətbiqini izləmək.
- Datanın yaradılması, toplanması, istifadəsi, saxlanması, arxivləşdirilməsi və silinməsi üzrə qaydaları Hüquq və İnformasiya Təhlükəsizliyi ilə razılaşdırmaq; tətbiqə dair sübutların saxlanmasını təşkil etmək.
- Qurumlararası paylaşma üçün məqsəd, hüquqi əsas, data sahibi təsdiqi, həssaslıq, istifadə məhdudiyyətləri və audit izlərini əhatə edən nəzərdən keçirmə mexanizmini qurmaq.
- Kritik data aktivlərini və elementlərini müəyyən etmək; dəqiqlik, tamlıq, uyğunluq, unikallıq və aktuallıq üzrə ölçülə bilən keyfiyyət qaydalarını data sahibləri ilə razılaşdırmaq.
- Profiling, keyfiyyət monitorinqi, problem reyestri, kök səbəb təhlili və düzəlişlərin mənbə sistemdə icrasının izlənməsi proseslərini qurmaq; kritik problemlərin həllini koordinasiya etmək.
- Master və referans data üzrə etibarlı mənbələri, identifikatorları, uyğunlaşdırma və dəyişiklik qaydalarını razılaşdırmaq; vahid anlayışları və datanın təkrar istifadəsini təşviq etmək.
- Data kataloqunun, biznes lüğətinin, metadata modelinin və datanın mənbədən istifadəyə qədər izlənməsinin (lineage) idarə edilməsinə rəhbərlik etmək.
- Prioritet data məhsullarında sahiblik, tərif, mənbə, təsnifat, keyfiyyət, yenilənmə tezliyi və istifadəyə icazə şərtlərinin sənədləşdirilməsini və aktual saxlanmasını təmin etmək.
- Azərbaycan dilində biznes anlayışlarının və idarəçilik artefaktlarının idarə edilməsini təmin etmək; metadata dəyişikliklərinin təsir təhlilini və versiyalaşdırılmasını təşkil etmək.
- AI CoE ilə birlikdə təlim, qiymətləndirmə və RAG məlumatları üçün mənbə, istifadə hüququ, keyfiyyət, təmsilçilik, həssaslıq və versiyalaşdırma tələblərini müəyyən etmək.
- AI həllərində istifadə edilən datasetlərin və bilik bazalarının sahibliyini, mənbəyə izlənməsini, yenilənməsini və istifadəyə uyğunluğunu idarə etmək; şəxsi və məxfi məlumatlarla bağlı data risklərini eskalasiya etmək.
- AI governance çərçivəsinə data üzrə nəzarətlər təmin etmək; model riskləri və məhsul qərarları üzrə AI CoE, Hüquq və İnformasiya Təhlükəsizliyi ilə məsuliyyət bölgüsünü razılaşdırmaq.
- Data savadlılığının qiymətləndirilməsi meyarlarını, rol əsaslı təlimləri və kommunikasiya planını hazırlamaq; data sahibi və stewardların gündəlik proseslərdə iştirakını artırmaq.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, data management, statistika, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahədə ali təhsil.
- Data governance, data management və ya data quality sahəsində minimum 7 il, o cümlədən komanda və ya qurumlararası proqram rəhbərliyində minimum 3 il təcrübə.
- Data idarəçiliyi funksiyasının və ya proqramının qurulması və işlək proseslərə çevrilməsi üzrə sübut olunan təcrübə; siyasətlərin faktiki tətbiqi və ölçülə bilən nəticələr.
- Data ownership, stewardship, metadata, biznes lüğəti, lineage, data keyfiyyəti, master və referans data, təsnifat və giriş nəzarəti üzrə praktik bilik.
- Data kataloqu və keyfiyyət alətlərinin tətbiqi təcrübəsi; lakehouse, API inteqrasiyası, tenant ayrımı və rol və atribut əsaslı giriş modellərini anlamaq.
- SQL vasitəsilə datanı və keyfiyyət nəticələrini təhlil etmək, texniki tələbləri və sınaq nəticələrini qiymətləndirmək bacarığı.
- Güclü liderlik, müstəqil prioritetləşdirmə, planlama, danışıqlar, konfliktlərin həlli və rəhbərlik səviyyəsində təqdimat bacarıqları.
- Azərbaycan dilində sərbəst, ingilis dilində peşəkar iş səviyyəsində yazılı və şifahi ünsiyyət.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 7 il təcrübə tələb olunur.
Kompüter elmləri, informasiya texnologiyaları, data management, statistika, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahələr tələb olunur.
Azərbaycan dilində sərbəst, ingilis dilində peşəkar iş səviyyəsində yazılı və şifahi ünsiyyət tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData idarəçiliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Bankda məlumatların idarə edilməsi və keyfiyyətinin təminatı üzrə mütəxəssis axtarılır
Məlumatların idarə olunması və master data sistemlərinin tətbiqi üzrə 5 ildən çox təcrübəsi olan mütəxəssis.
Məlumatların emalı, analizi və Data Governance üzrə təcrübəsi olan aparıcı mütəxəssis axtarılır.




