Vakansiya haqqında

Vəzifənin Təsviri

  • Rəqəmsal İnkişaf Konsepsiyasından irəli gələn Məlumat Hövzəsi platformasının data təməlinin qurulması, inkişaf etdirilməsi və idarə olunması, həmçinin mürəkkəb və müxtəlif informasiya sistemlərindən məlumatların platformaya inteqrasiyasının təmin edilməsi.
  • Vəzifə sahibi Data Mühəndisliyi, Data Arxitekturası və Data İdarəçiliyi prinsiplərinə əsaslanaraq məlumatların inteqrasiyası, modelləşdirilməsi, keyfiyyətinin təmin edilməsi, metadata və lineage idarəçiliyinin qurulması, eləcə də federativ və müasir data idarəetmə yanaşmalarının tətbiqində iştirak edəcəkdir.

Əsas Öhdəliklər və Vəzifələr

  • Milli Data Lakehouse platformasının data arxitekturasının və data inteqrasiya həllərinin layihələndirilməsi və inkişaf etdirilməsi;
  • Müxtəlif və mürəkkəb struktura malik informasiya sistemlərindən məlumatların batch və real-time/CDC rejimlərində platformaya inteqrasiyasının təmin edilməsi;
  • Apache Spark, Kafka, DBT, Airflow və digər müasir data texnologiyalarından istifadə etməklə yüksək performanslı və miqyaslana bilən ETL/ELT pipeline-larının layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
  • Məlumatların keyfiyyətinin, bütövlüyünün və ardıcıllığının təmin edilməsi, Data Profiling, Data Quality və Data Validation mexanizmlərinin qurulması;
  • Data Governance/Data Management platformaları ilə işləmək, metadata management, data catalog, data lineage və data quality proseslərinin tətbiqində iştirak etmək;
  • Müxtəlif mənbələrdən daxil olan məlumatların inteqrasiyası, transformasiyası, təmizlənməsi və uyğunlaşdırılması;
  • Data Warehouse, Data Lake və Data Lakehouse mühitləri üçün effektiv data modellərinin və data martlarının hazırlanması;
  • Data modelləşdirmə üzrə Kimball, Inmon və Data Vault yanaşmalarının tətbiqi və müvafiq həllərin layihələndirilməsi;
  • Data Mesh, Federated Data Architecture və digər data idarəetmə və arxitektura yanaşmalarının araşdırılması və tətbiqində iştirak;
  • Məlumatların təhlükəsizliyi, məxfiliyi, PII masking, RBAC/ABAC və digər data security prinsiplərinin data platformasına inteqrasiyası;
  • DataOps, CI/CD və Infrastructure-as-Code prinsiplərinin data pipeline və platforma komponentlərinə tətbiqi;
  • Data platformasının performansının, dayanıqlığının və miqyaslana bilməsinin təmin edilməsi;
  • Texniki standartların hazırlanması, arxitektura qərarlarının sənədləşdirilməsi və komanda üzvlərinə texniki mentorluğun göstərilməsi

Tələblər

  • İT, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr/magistr dərəcəsi;
  • Data Mühəndisliyi, Data Arxitekt və ya əlaqəli sahədə minimum 5–7 il peşəkar iş təcrübəsi;
  • Dərin SQL və Python bilikləri; PySpark və Pandas ilə praktiki təcrübə;
  • Apache Spark, Kafka, DBT, Airflow və müasir open-source data texnologiyaları ilə zəngin iş təcrübəsi;
  • Data Lake, Data Warehouse və Data Lakehouse arxitekturaları üzrə dərin bilik;
  • Mürəkkəb, heterogen və yüksək həcmli məlumat mənbələri ilə işləmə təcrübəsi;
  • ETL/ELT, batch processing, streaming və CDC yanaşmaları üzrə praktiki biliklər;
  • Data modelling üzrə Kimball, Inmon və Data Vault metodologiyalarında dərin bilik və praktiki təcrübə;
  • Data Governance, Data Quality, Metadata Management və Data Lineage prinsipləri üzrə güclü bilik;
  • Data Management/Governance platformaları ilə iş təcrübəsi və praktiki təcrübə;
  • Data Mesh, Federated Data Architecture və müasir data governance yanaşmaları üzrə anlayış və praktiki təcrübə üstünlükdür;
  • Entity Resolution, Master Data Management (MDM) və məlumatların uyğunlaşdırılması üzrə təcrübə üstünlükdür;
  • Docker, Kubernetes, Git və CI/CD alətləri ilə işləmə bacarığı;
  • Məlumat təhlükəsizliyi, məxfilik və data access management prinsipləri üzrə bilik;
  • Güclü analitik və sistemli düşüncə, mürəkkəb texniki problemləri həll etmək bacarığı;
  • Azərbaycan dili – səlis, İngilis dili – əla; Rus dili – arzuolunandır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
10 oktyabr 2026

Şirkət haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Baku

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ATB Bank
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Böyük həcmli məlumatların emalı və data platformalarının inkişafı üçün 5 il təcrübəli data mühəndisi.

PostgreSQLApache KafkaApache SparkApache Airflow+24
Müraciət et
ATB Bank
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Bankın data platformalarını qurur, inkişaf etdirir və PostgreSQL üzrə 3 il təcrübəsi tələb olunur

PostgreSQLApache KafkaApache SparkApache Airflow+17
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş data mühəndisi
Müraciət et