Vakansiya haqqında

Görəcəyiniz işlər:
  • Data warehouse-ları və data mart-larını dizayn etmək, modelləşdirmək, optimallaşdırmaq və onlara dəstək xidməti vermək;
  • Bankın müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatları toplamaq, çevirmək və hesabatlıq alətlərində istifadə üçün hazır vəziyyətə gətirmək;
  • ETL və digər data mühəndisliyi alətlərini konfiqurasiya etmək və onlara dəstək xidmətləri vermək;
  • Big Data ekosistemində data ilə bağlı mürəkkəb məsələləri analiz və həll etmək (arzu olunan);
  • Virtualization və digər data mühəndisliyi alətlərini konfiqurasiya etmək və onlara dəstək xidmətləri vermək;
  • Bankın müxtəlif məlumat bazalarından məlumatların Big Data mühitinə qarşılıqlı inteqrasiyasını təmin etmək (arzu olunan).

Bizim üçün uyğun namizəd:
  • Ali texniki və ya iqtisadi təhsilə;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsinə;
  • Məlumat bazalarının (həm relational, həm də non-relational) yaradılması və modelləşdirilməsi bacarıqlarına;
  • Data analitikası üzrə konseptual biliklərinə;
  • ETL/ELT proseslərinə dair, strukturlaşdırılmış və strukturlaşdırılmamış dataya dair biliklərə;
  • Data science və statistika sahəsində təcrübə və biliyə;
  • Data mühəndisliyi proseslərinin idarə edilməsi (prosesin tətbiqi, monitorinqi, dəstəyi) sahəsində təcrübəyə;
  • Data analitikası sahəsində paylaşdırılmış hesablama sistemləri (distributed computing) üzərində proqram təminatlarının yaradılması təcrübəsinə;
  • Python və ya Scala biliklərinə;
  • Mürəkkəb SQL sorğularının yazılmasında təcrübəyə (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
  • Real-time Streaming texnologiyalarının istifadəsində təcrübəyə (Kafka və ya Spark Streaming) üstünlük verilir;
  • Big Data alətlərinin istifadəsində təcrübəsinə: Hive, Spark, Hadoop, Presto (arzu olunan)
  • Kubernetes, Docker və ya bənzər texnologiyalarından istifadə təcrübəsinə (arzu olunan)
  • CI/CD alətlərindən (GitHub, Jenkins) istifadə təcrübəsinə (arzu olunandır) sahib olan şəxsdir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 67 Nizami street
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 sentyabr 2026
Baxış
19

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Data mühəndisi üzrə bazar adətən 500–1 000 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

19 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Data mühəndisi kimi öz maaşını yoxla

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Baku
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Bakı İqtisadi Zonasında yerləşir.

Minimum 2 il müvafiq sahədə iş təcrübəsi tələb olunur.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Python və ya Scala, mürəkkəb SQL sorğuları, ETL/ELT prosesləri və Big Data alətləri tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Data mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Azerconnect Group
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Məlumat bazası mühəndisi kimi data arxitekturası və proqramlaşdırma bacarıqları ilə işləyir.

Business AnalysisDocumentationPythonJava+23
Müraciət et
Bir
Senior · 3–15 ilBakı
Maaş göstərilməyib

Məlumatların emalı və inteqrasiyası üzrə işləyir, Python və SQL bilikləri tələb olunur.

Data ModelingNoSQLDockerKubernetes+25
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Data mühəndisi
Müraciət et