Data warehouse və ETL proseslərini idarə etmək üçün ən azı 2 il təcrübəsi olan data mühəndis axtarılır
Vakansiya haqqında
Əsas vəzifələr
- Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
- Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
- Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
- Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
- Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
- Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
- Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
- Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
- SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
- Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
- ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
- Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
- Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
- Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
- İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
- Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİngilis dili əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində tələb olunur.
SQL, PL/SQL, Python, Apache Airflow və Git bilikləri tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Məlumat modellərini layihələndirir, ETL proseslərini hazırlayır və BI hesabatları yaradır.
AI və BI layihələrində ETL/ELT pipeline-larını və Data Warehouse qurur, güclü SQL və Python bilikləri tələb olunur.
Böyük həcmli bazar məlumatlarını toplayan, təmizləyən və optimallaşdıran Data Engineer axtarılır.




