Maşın öyrənməsi modellərinin hazırlanması və MLOps proseslərinin qurulması üçün Python və statistik bilik tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Dövlətin AI strategiyasına və təşkilati prioritetlərə uyğun İRİA-nın AI vizyonunu, strategiyasını və inkişaf yol xəritəsini hazırlamaq və icrasına rəhbərlik etmək.
- AI təşəbbüsləri, məhsulları və texnoloji həllər üzrə vahid portfel formalaşdırmaq, layihələri biznes dəyəri, texniki imkanlar, risklər və resurs ehtiyaclarına əsasən prioritetləşdirmək.
- AI Center of Excellence (AI CoE) strukturunu və iş modelini qurmaq, AI/ML mühəndisliyi, arxitektura, MLOps/LLMOps və məhsul idarəetməsi üzrə komandanın formalaşdırılmasını və inkişafını təmin etmək.
- AI layihələri üzrə büdcə, resurs və nəticə göstəricilərini müəyyən etmək, icra prosesinə və əldə olunan nəticələrə nəzarət etmək.
- İRİA-nın daxili proseslərində avtomatlaşdırma imkanlarını müəyyən etmək, sənəd emalı, məlumat axtarışı, hesabatların hazırlanması, müraciətlərin təsnifatı və digər əməliyyatlar üzrə AI həllərinin tətbiqinə rəhbərlik etmək.
- AI köməkçiləri və agentlərinin daxili sistemlərə inteqrasiyasını təmin edərək əməkdaşların məhsuldarlığını və iş proseslərinin səmərəliliyini artırmaq.
- MyGov platformasında vətəndaş müraciətlərinin cavablandırılması, xidmətlərə yönləndirilməsi, formaların doldurulması və əməliyyatların tamamlanmasını dəstəkləyən AI həllərinin hazırlanmasını idarə etmək.
- MyGov üçün mətn və səs əsaslı AI köməkçilərinin inkişafını, Azərbaycan dilində cavablandırma, nitqin tanınması və səsləndirilməsi keyfiyyətini təmin etmək.
- Milli Məlumat Hövzəsi (MMH) ilə inteqrasiya olunan ortaq AI platformalarının və dövlət qurumları üçün GPU-as-a-Service, LLM-as-a-Service kimi xidmətlərin yaradılmasına rəhbərlik etmək.
- AI Gateway, model kataloqu, API-lər, təhlükəsiz məlumat axtarışı və təkrar istifadə edilə bilən AI komponentlərinin inkişafını təmin etmək, dövlət qurumlarının platformalara inteqrasiyasını və texniki dəstəyini koordinasiya etmək.
- AI həllərinin texniki arxitekturasını, model və texnologiya seçimini, korporativ sistemlərlə inteqrasiyasını və infrastruktur ehtiyaclarını müəyyən etmək.
- Generative AI, LLM, RAG, fine-tuning və agentik AI texnologiyalarının tətbiqini, modellərin qiymətləndirilməsi, optimallaşdırılması və davamlı inkişafını idarə etmək.
- On-prem və hibrid AI infrastrukturu, GPU resursları, MLOps/LLMOps prosesləri, modellərin monitorinqi və təhlükəsiz istismarını təmin etmək.
- Data Governance, hüquq və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək AI governance siyasətlərini, istifadə standartlarını və risklərin idarə edilməsi mexanizmlərini formalaşdırmaq.
- Məlumat məxfiliyi, model təhlükəsizliyi, qərəz, hallüsinasiya və məlumat sızması risklərinin qiymətləndirilməsini, AI həllərində insan nəzarəti və keyfiyyət mexanizmlərinin tətbiqini təmin etmək.
- Dövlət qurumları, texnologiya vendorları və digər tərəfdaşlarla əməkdaşlığı, bilik transferini və ortaq AI həllərinin tətbiqini koordinasiya etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 12 dekabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSüni intellekt və verilənlər elmi üzrə rəhbər üzrə Bakıda digər açıq elanlar.
Məlumatların idarəedilməsi üzrə korporativ çərçivələri tətbiq edir və məlumat keyfiyyətini təmin edir
AI və machine learning layihələrinə rəhbərlik edən, Python və MLOps bilikləri tələb edən data scientist axtarılır.
Data Science komandasına rəhbərlik edir və mentorluq göstərmək üçün minimum 5 il təcrübə tələb olunur




