Çoxdilli AI köməkçilərinin və lokal dil modellərinin adaptasiyası və qiymətləndirilməsini aparır, güclü Python və NLP bilikləri tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
- Kredit skorinqi və digər proqnozlaşdırıcı modellərin hazırlanması: data hazırlığı, feature engineering, modelləşdirmə və validasiya (backtesting, out-of-time testlər daxil)
- Mövcud modellərin performansının, stabilliyinin və drift göstəricilərinin monitorinqi
- Modellərin production mühitinə çıxarılması, versiyalaşdırılması və MLOps proseslərinin qurulması
- Data pipeline-ların avtomatlaşdırılması və data keyfiyyəti problemlərinin həlli
- Texniki qərarların verilməsi, komanda üzvlərinə metodoloji dəstək və mentorluq
- LLM əsaslı həllərin hazırlanmasında iştirak: daxili AI köməkçiləri, RAG sistemləri, AI agentləri və onların qiymətləndirilməsi (işin təxminən __%-i)
Tələblər
- Riyaziyyat, Statistika, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil, yaxud ekvivalent praktiki təcrübə
- Python (pandas, NumPy, scikit-learn, XGBoost/LightGBM/CatBoost) və SQL üzrə yüksək səviyyəli bilik
- Statistika və ML alqoritmlərinin riyazi əsaslarını dərindən anlamaq
- Klassifikasiya modellərinin hazırlanması və qiymətləndirilməsi (AUC-ROC, Precision/Recall); leakage, imbalance və overfitting problemlərinin həlli təcrübəsi
- Git, Docker, REST API vasitəsilə modellərin production-a çıxarılması təcrübəsi
- ML layihəsini datadan production-a qədər müstəqil aparmaq bacarığı
- Analitik düşüncə və problemlərin həlli: Böyük irihəcmli data strukturları ilə işləmək, səbəb-nəticə əlaqələrini qurmaq və mürəkkəb məsələlərə operativ həll yolları tapmaq bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları: Tərəfdaşlarla peşəkar işgüzar kommunikasiya qurmaq, təqdimatlar hazırlamaq və auditoriya qarşısında çıxış etmək qabiliyyəti;
- Nəticəyə fokuslanma və təşəbbüskarlıq: İş proseslərinin optimallaşdırılması üçün təkliflər vermək, nəticəyə yönəlik işləmək;
- Komandada iş və adaptasiya: Dinamik mühitdə effektiv çalışmaq, prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı idarə etmək.
- İş təcrübəsi: Maşın Öyrənməsi / Data elmi sahəsində ən azı 4 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində texniki ünsiyyət (dəqiqləşdirin);
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki bazar ertəsindən cüməyə, saat 09:00-dan 18:00-dəkdir.
İş yeri Bakı şəhərindədir.
Maşın öyrənməsi və data elmi sahəsində ən azı 4 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və ingilis dillərində texniki ünsiyyət bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın öyrənmə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Məlumatların təhlili və Machine Learning modellərinin hazırlanması üçün Python bilikləri tələb olunur
Süni intellekt və data elmi üzrə mürəkkəb layihələrin idarə olunması və Python, ML bilikləri tələb olunur
Biznes problemlərini data əsaslı təhlil və süni intellektlə həll etmək üçün yüksək səviyyədə SQL və Python bilikləri tələb olunur



