Vakansiya haqqında

  • Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
  • İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;
  • Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;
  • Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;
  • PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;
  • Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
  • İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
  • İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya ötürmək;
  • Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
  • Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
  • Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq bacarığı;
  • Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
  • Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;
  • Komanda üzvlərinin potensialını artırmaq üçün mentorluq və rəhbərlik etmək;
  • Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların işinə yön və motivasiya vermək;
  • Bankın rəqəmsal və fiziki məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;
  • Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər;
  • Agile metodologiyası haqqında məlumatlı və təcrübəsi olmaq.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Dillər
English, Azerbaijani
Son tarix
18 sentyabr 2026

Şirkət haqqında

PASHA Bank
Banking · Baku
PASHA Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ABB
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

UX/UI dizaynlarını biznes tələblərinə uyğun hazırlayan və 3+ il təcrübəsi olan baş dizayner.

UI DesignBusiness AnalysisUser ResearchUsability Testing+17
Müraciət et
TuranBank ASC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Rəqəmsal məhsullar üçün intuitiv UX/UI dizaynlar hazırlayır və ən azı 1 il təcrübəsi var.

UI DesignFigmaWireframingPrototyping+12
Müraciət et
buyur
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Web və mobil məhsullar üçün müasir UX/UI dizaynlar hazırlayır, Figma bilikləri tələb olunur

UI DesignFigmaWireframingResponsive Design+10
Müraciət etAsan müraciətAsan müraciət
Bir
Junior · 1–2 ilBakı
Maaş göstərilməyib

İstifadəçi tələblərini araşdıran və intuitiv məhsul dizaynı hazırlayan mütəxəssis axtarılır.

User ResearchCustomer Journey MappingWireframingPrototyping+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş UX/UI dizayner
Müraciət et