İnteryer dizayneri
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
- Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;
- Memarlıq/dizayn layihələrinin dəqiq hazırlanması;
- Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
- Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
- Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
- Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
- Tələb olunan layihələr, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
- Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması və müəllif nəzarəti;
- Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
- Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual 3D görünüşlərin hazırlanması.
İş şəraiti:
- İş yeri – Lökbatan qəsəbəsi;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı 2000-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Ali təhsilin və ya interyer-dizayn üzrə sertifikatların mövcudluğu;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
- Memarlıq/dizayn, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
- Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
- AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
- Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnteryer-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İnteryer dizayneri üzrə bazar adətən 665–1 000 ₼ ödəyir, median — 900 ₼.
5 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İnteryer dizayneri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Lökbatan qəsəbəsində yerləşir.
İş həftəsi 5 günlük, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı 2000-2200 AZN aralığında, namizədin təcrübəsinə görə təyin olunur.
Ali təhsil və ya interyer-dizayn üzrə sertifikat, 3 il peşəkar təcrübə tələb olunur.
AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop və MS Office proqramlarında yüksək bacarıq tələb olunur.
CV-ni mövzu hissədə “İnteryer-dizayner” qeyd edərək elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİnteryer dizayneri üzrə Bakıda digər açıq elanlar.
Qida sektorunda mağaza dizaynı və planlaşdırma üzrə 2 il təcrübəli mütəxəssis axtarılır.
Mebel dizaynı və eskizlərin hazırlanması, AutoCAD və 3Ds Max proqramlarında işləmə bacarığı tələb olunur.
Müxtəlif üslublarda interyer və eksteryer dizayn layihələri hazırlayır, 3 ildən çox təcrübə tələb olunur.



