Vakansiya haqqında

Komandamıza qoşulacaq, intuitiv və istifadəçi mərkəzli rəqəmsal məhsul və təcrübələrin yaradılmasına töhfə verəcək Məhsul Dizayneri axtarırıq.

Bu vəzifədə siz müştəri ehtiyaclarını anlamaq və qarşılaşdıqları çətinlikləri müəyyən etməkdən başlayaraq konsepsiyaların hazırlanması, prototiplərin yaradılması, istifadəçi interfeyslərinin dizaynı və həllərin qiymətləndirilməsinə qədər məhsul dizaynının bütün mərhələlərində iştirak edəcəksiniz.

Siz Məhsul Sahibləri (Product Owners) və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək biznes və istifadəçi ehtiyaclarını sadə, cəlbedici və dəyər yaradan rəqəmsal təcrübələrə çevirəcəksiniz.

Vəzifə öhdəlikləri

Məhsulun inkişafı üçün imkanların müəyyənləşdirilməsinə xüsusi diqqət yetirməklə, məhsul çərçivəsinin və konsepsiyasının hazırlanmasından dizayn, təhvil və nəticələrin qiymətləndirilməsinə qədər bütün mərhələlərin idarə edilməsi;

Hazırlanmış məhsul və xidmətlərlə bağlı təhlillərin aparılması;

İstifadəçilərin mövcud çətinliklərini, problemlərini və ehtiyaclarını müəyyən etmək üçün istifadəçi araşdırmalarının aparılması;

Müştəri Səyahətinin Xəritələndirilməsi (Customer Journey Mapping) metodologiyasından istifadə etməklə mövcud proseslərdəki çətinliklərin və təkmilləşdirmə imkanlarının müəyyən edilməsi;

Ümumi istifadəçi təcrübəsini formalaşdırmaq və təkmilləşdirmək məqsədilə müxtəlif cihaz və platformalar üçün detallı dizaynların hazırlanması və tətbiqi;

Konsepsiya və ideyaların layihələrə, ilkin dizayn sxemlərinə (wireframe) və funksional prototiplərə çevrilməsi;

Vizual üslubun müəyyən edilməsi, qorunması və razılaşdırılmış dizayn qaydalarına uyğunluğun təmin edilməsi;

İstifadəçilər və biznes üçün dəyər yaradan intuitiv və vizual cəhətdən cəlbedici istifadəçi interfeyslərinin hazırlanması;

UI prototiplərinin yaradılması, müştəri ehtiyac və tələblərinin müəyyənləşdirilməsi və təsdiqlənməsi üçün istifadəçi araşdırmalarının aparılması;

Komanda daxilində güclü kommunikasiya və əməkdaşlıq bacarıqlarının nümayiş etdirilməsi.

Tələblər

Ali təhsil;

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Son tarix
9 noyabr 2026
Baxış
21

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Məhsul dizayneri üzrə bazar adətən 950–1 800 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

17 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Məhsul dizayneri kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul dizayneri üzrə Bakıda digər açıq elanlar.

Kontakt Home
Middle · 2+ ilBakı
1 200₼

Müştərilərin istəklərinə uyğun mebel dizaynı və 3D vizuallaşdırma işlərini görür, AutoCAD və 3ds Max proqramlarında təcrübəsi olmalıdır.

AutoCADMaterial KnowledgeCreative ThinkingTeamwork+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
GARDASHLAR Mebel
Middle · 3+ ilBakı
1 200₼

Mebel layihələri hazırlayır, AutoCAD və 3ds Max proqramlarında işləməyi bacarır.

AutoCAD3Ds Max2D drawing3D Modeling+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AzTelco Group MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələr üzrə dizayn konsepsiyalarını hazırlayır və müvafiq proqramlarda işləmə bacarığı tələb olunur.

3D DesignColor TheoryAutoCADRevit+15
Müraciət et
M Maraqlı evim
Middle · 1–3 ilBakı
700–1 200₼

Mebel dizaynı üzrə eskizlər hazırlayır və AutoCAD proqramını bilir.

Client communicationPresentation SkillsAutoCADCorelDRAW+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Məhsul Dizayneri (UX/UI)
Müraciət et