Vakansiya haqqında

  • Əmək qanunvericiliyinə uyğun olaraq müəssisədə işçilərin işə qəbulu, işdən çıxarılması, vəzifə dəyişikliyi, mükafatlandırılması və digər əmək münasibətləri proseslərini həyata keçirmək;
  • Əmək kitabçalarını düzgün doldurmaq və yeniləmək;
  • Əməkdaşların şəxsi işlərinin tərtib edilməsini, onların qeydiyyatının aparılmasını və düzgün şəkildə saxlanmasını təmin etmək;
  • Əməkdaşların ad günləri, bayramlar və digər məlumatlandırıcı elektron məktubların vaxtında göndərilməsini təmin etmək;
  • Gündəlik olaraq əməkdaşlar tərəfindən alınan bütün icazələrin qeydiyyatını aparmaq;
  • Əmrlərin çapa verilməsini, imzaya təqdim olunmasını və düzgün nömrələnməsini təmin etmək;
  • İnsan resurslarının idarə olunması şöbəsinin prosedurların hazırlanmasında, mövcud prosedurlara dəyişikliklərin edilməsində və yenilənmiş versiyaların struktur bölmələrlə razılaşdırılmasında iştirak etmək;
  • Əməkdaşların məzuniyyət uçotunun hazırlanmasına dəstək olmaq, mövcud məzuniyyət qalıqlarının aylıq yenilənməsində iştirak etmək, məzuniyyət əmrlərinin verilməsini və rəsmiləşdirilməsini təmin etmək və uçot məlumatlarının düzgünlüyünü izləmək;
  • Əməkdaşlar üzrə məzuniyyət qalıqlarının səmərəli idarə olunmasını təmin etmək məqsədilə aylıq məzuniyyət qalıqlarına nəzarəti həyata keçirmək, məzuniyyət qalıqları barədə əməkdaşları mütəmadi məlumatlandırmaq və qalıqların vaxtında istifadə edilməsinə dair zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Cəmiyyətin əməkdaşları arasında əməkdaşlıq və motivasiyanın artırılması məqsədilə team building və digər korporativ tədbirlərin planlaşdırılmasında, təşkilində və icrasında iştirak etmək və dəstək olmaq;
  • Xəstəlik vərəqələrinin işlənilməsində və sosial məzuniyyətlərin rəsmiləşdirilməsində iştirak etmək və dəstək olmaq;
  • Hər ayın sonunda əməkdaşların iş vaxtı və davamiyyət məlumatlarını əks etdirən tabelin hazırlanması və müvafiq olaraq maliyyə şöbəsinə vaxtında təqdim olunmasına dəstək olmaq;
  • Ezamiyyətlərin, məzuniyyətlərin, xəstəlik vərəqələrinin və tərtib olunan əmrlərin məlumatlarının qeydiyyatının aparılmasını təmin etmək.
  • Dəmir filizi sahəsində vətəndaşlarla keçirilən görüşlərdə iştirak etmək və zəruri dəstəyi təmin etmək;
  • Struktur bölmə rəhbərlərindən aylıq əməkdaşların iş qrafiklərini toplamaq və uçotun aparılmasına dəstək olmaq;
  • İşə qəbul prosesində iştirak etmək və işə qəbula aid əməliyyat və sənədləşmə proseslərini yerinə yetirmək;
  • Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra edir.

Xüsusi tələblər

  • Ali təhsil;
  • İnsan resursları üzrə minimum 1-2 il iş təcrübəsi;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi (rus dili və ingilis dili biliyinin olması arzuolunandır);
  • Microsoft Office proqram təminatından yüksək səviyyədə istifadə bacarığı;

İş şəraiti:

  • İş yeri: Daşkəsən şəhəri
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: Seçimə əsasən (08:00-17:00)
  • Servislə təmin olunma;
  • Nahar yeməyi ilə təmin olunma;
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Daşkəsən
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Dillər
Azerbaijani, Russian

Şirkət haqqında

Daşkəsən Dəmir Filiz MMC
Mədənçıxarma, neft və qaz, Mədənçıxarma və karxana fəaliyyəti · Baku

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir.

Daşkəsən Dəmir Filiz MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Kargüzar

Maaş göstərilməyib

Sənədlərin qeydiyyatı, korrespondensiyanın idarə olunması və arxiv işlərinin təşkili ilə məşğul olur.

Record KeepingMeeting CoordinationDocument ManagementCorrespondence handling+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et