Sənədlərin qeydiyyatı, korrespondensiyanın idarə olunması və arxiv işlərinin təşkili ilə məşğul olur.
Vakansiya haqqında
Vəzifə - İCRAÇI KATİB
Vəzifənin məqsədi: Birliyin gündəlik inzibati fəaliyyətini təşkil etmək, üzvlərlə və xarici tərəfdaşlarla əlaqələri koordinasiya etmək, sədrin və İdarə Heyətinin qərarlarının icrasını təmin etmək.
Öhdəliklər:
-
Üzv reyestrinin aparılması və aktual saxlanması; üzvlük ərizələrinin qəbulu və İdarə Heyətinə təqdim edilməsi; üzvlük haqlarının ödənilməsinə nəzarət, borclar barədə xatırlatmaların göndərilməsi; yeni üzvlərin cəlb edilməsi kampaniyalarının icrası.
-
Ümumi yığıncaqların və İdarə Heyəti iclaslarının çağırılması üzrə texniki, təşkilati hazırlıq: dəvətlərin göndərilməsi, gündəliyin və materialların paylanması, iclasların protokollaşdırılması, protokolların imzalanmasının və arxivləşdirilməsinin təmin edilməsi; qəbul edilmiş qərarların icrasının izlənməsi.
-
Daxil olan və göndərilən məktubların qeydiyyatı; dövlət orqanlarına, tərəfdaş təşkilatlara və üzvlərə ünvanlanan rəsmi məktubların layihələrinin hazırlanması və sədrin imzasına təqdim edilməsi; Birliyin sənəd arxivinin aparılması.
TƏLƏBLƏR:
- Ali təhsil (hüquq, iqtisadiyyat, səhiyyə təşkili və ya inzibati sahə üstünlükdür);
- Azı 2 il inzibati / ofis-menecment təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı ünsiyyət (rus və ingilis dilləri üstünlükdür);
- MS Office proqramları ilə sərbəst işləmə;
- Əczaçılıq və ya səhiyyə sektoru ilə tanışlıq üstünlük sayılır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Direktorun iş qrafikini planlaşdırır, sənəd və hesabatları hazırlamaq bacarığı tələb olunur
Sənədləri qəbul etmək, qeydiyyatdan keçirmək və bölüşdürmək üçün Microsoft Office bacarığı tələb olunur
Ofis sənədlərinin idarə olunması və görüşlərin təşkili üzrə iş təcrübəsi tələb olunur.



