İnsan resursları üzrə aparıcı mütəxəssis

BOA Agency

Vakansiya haqqında

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərin əmrinə uyğun olaraq işçilərin işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat, xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması;
  • Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi;
  • Yeni işçilərin bütün şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd edilməsi;
  • Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s. davamsızlıq hallarının tabelə əlavə edilməsi;
  • İşdən azad olunan işçinin qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata keçirilməsi;
  • İşçilərin davamiyyət faylının hazırlanması;
  • Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
  • İR üzrə menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 25-35;
  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə min. 1-2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili bilikləri arzu olunandır;
  • İR üzrə müvafiq sertifikatların olması zəruridir;
  • Sənədlərlə işləmək bacarığı;
  • Problem həll etmək bacarığı;
  • Ciddi, intizamlı, səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
11 dekabr 2026
HRX ilə müraciət
9
Baxış
363

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR generalisti üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

19 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR generalisti kimi öz maaşını yoxla

Şirkət haqqında

BOA Agency
Financial Services · Bakı
BOA Agency — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Həftə içi 5 gün, 09:00 - 18:00, şənbə və bazar istirahətdir.

Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D ünvanında yerləşir.

Namizədlər CV göndərməlidirlər, mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Yaş həddi 25-35 arasıdır.

Müvafiq vəzifə üzrə minimum 1-2 il iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR generalisti üzrə Bakıda digər açıq elanlar.

Evol
Mütəxəssis · 3+ ilBakı
1 500₼

İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur

RecruitmentInterviewingHuman Resources ManagementOnboarding+12
Müraciət et
Istanbul Teknik
Mütəxəssis · 2+ ilBakı
900–1 000₼4 gün qalıb

İşçilərin əmək müqavilələrinin idarə olunması və əmək qanunvericiliyini bilmək tələb olunur.

Report generationLabor LawHuman Resources ManagementMicrosoft Office+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
RS Global MMC
MütəxəssisBakı
1 000₼5 gün qalıb

İnsan resursları proseslərini idarə edir, işə qəbul və sənədləşmə bacarıqları tələb olunur.

RecruitmentInterviewingOnboardingAttendance Management+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

İşçilərin əməkhaqqı və kadr sənədlərini hesablamaq və idarə etmək üçün təcrübəli mütəxəssis.

Tax CalculationReportingPayroll ProcessingSocial Insurance Calculation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə aparıcı mütəxəssis
Müraciət et