Vakansiya haqqında

İşin təsviri

  • Çin Təbabəti klinikası “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq vakansiyaların paylaşımı, CV analizi prosessi, işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
  • İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
  • Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
  • Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
  • Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
  • Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
  • Vakansiya elanlarının hazırlanması və paylaşılması;
  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
  • Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
  • Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
  • İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);
  • Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 2-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
  • Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
  • Rus dili və İngilis dili biliyi üstünlükdür
  • Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
  • Çoxşaxəli iş mühitində işləmək bacarığı.
  • İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
  • Yaş həddi 25-40
  • HR mütəxəssis olaraq təcrübəli şəxslər müsahibəyə dəvət ediləcək.
  • Yalnız-xanım namizədlər tələb olunur.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Tam Ştat
  • İş saatları: Bazar ertəsi - Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
  • İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü)
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günü: Bazar;
  • İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
  • Əmək haqqı: Müsahibə əsasında

Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 oktyabr 2026
Dillər
Russian, English
Son tarix
29 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
19

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR generalisti üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

21 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR generalisti kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR generalisti üzrə Bakıda digər açıq elanlar.

Istanbul Teknik
Mütəxəssis · 2+ ilBakı
900–1 000₼2 gün qalıb

İşçilərin əmək müqavilələrinin idarə olunması və əmək qanunvericiliyini bilmək tələb olunur.

Report generationLabor LawHuman Resources ManagementMicrosoft Office+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et