Retail və satış personalının işə qəbulu, adaptasiyası və performans qiymətləndirilməsini idarə edir
Vakansiya haqqında
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: İR və İnzibati işlər departamenti
- Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
- İş yeri: Füzuli, Beyləqan, Ağcabədi
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
- Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi.
- ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır saxlanılması.
- Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət.
- Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması
- Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması.
- Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət.
- 1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi.
- HR sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.
Vəzifə tələbləri:
- Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür)
- İR sahəsində ən azı 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı
- Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
- 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Füzuli şəhərindədir.
İş həftəsi 6 gündür: 1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00.
İR sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi təklif olunur.
Namizəd öz CV-sini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)” qeyd edərək müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Füzuli şəhərində digər açıq elanlar.
Kadr əməliyyatlarını idarə edir, onboarding və təlimləri təşkil edir, əmək qanunvericiliyini bilir.
HR əməliyyatlarını idarə edir və əmək qanunvericiliyini yaxşı bilir, 3 ildən çox təcrübəsi var
Performans idarəetmə sistemini təşkil edir və qiymətləndirmə metodologiyasını hazırlayır.



