İşə qəbul prosesini idarə edir və HR sahəsində minimum 3 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
QALAN şirkətinin İnsan Resursları komandasına qoşulacaq, HR sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq!
QALAN beynəlxalq EdTech şirkəti olaraq məktəblilər üçün interaktiv onlayn təhsil platforması təqdim edir. Komandamıza qoşulacaq namizədin HR proseslərinin effektiv təşkili və inkişafında aktiv iştirak etməsini gözləyirik.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam təşkili;
- Vakansiyaların hazırlanması, namizədlərin axtarışı, ilkin qiymətləndirilməsi və seçilməsi;
- Müsahibələrin təşkili və namizədlərlə effektiv kommunikasiyanın qurulması;
- Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və izlənilməsi;
- Əmək müqavilələrinin, işə qəbul, işdən azad olunma və digər kadr dəyişikliklərinin sənədləşdirilməsi;
- Əməkdaşların şəxsi işlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
- ƏMAS sistemi üzərindən müvafiq HR əməliyyatlarının həyata keçirilməsi;
- Məzuniyyətlərin hesablanması və izlənilməsi;
- Əməkdaşların gündəlik HR müraciətlərinin cavablandırılması və daxili kommunikasiyanın təmin edilməsi;
- Daxili qayda və prosedurların tətbiqinə, əmək intizamına nəzarət edilməsi;
- HR hesabatlarının hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Komanda daxili motivasiya, təlim və korporativ tədbirlərin təşkilində iştirak.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR generalisti üzrə bazar adətən 1 000–1 150 ₼ ödəyir, median — 1 000 ₼.
32 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR generalisti kimi öz maaşını yoxlaŞirkət haqqında
Qalan AZ – riyaziyyəti öyrənmək üçün unikal Azərbaycan onlayn platformasıdır. Biz artıq 6 ildən çoxdur ki, təhsil sahəsində fəaliyyət göstərən dinamik və innovativ bir şirkətik. Bu müddət ərzində 50 000-dən çox şagird bizimlə təhsil alıb.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İşə qəbul üçün son tarix 1 dekabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
Yeni işçilərin işə qəbulu və HR əməliyyatlarında dəstək göstərir, minimum 2 il təcrübə tələb olunur.
İnsan resursları üzrə mütəxəssis kimi işə qəbul və əmək qanunvericiliyini bilmək tələb olunur
İnsan resursları proseslərini idarə edir, işə qəbul və sənədləşmə bacarıqları tələb olunur.




