İnsan resursları üzrə mütəxəssis işə qəbul və əmək qanunvericiliyini bilmək bacarığı ilə çalışır.
Vakansiya haqqında
Təsvir
- Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək;
- Daxil olan CV-ləri təhlil etmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq;
- Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini həyata keçirmək;
- Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək;
- Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək;
- Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək;
- İşə qəbul proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları hazırlamaq;
- İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək.
Tələblər
- Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);
- İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə;
- Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar;
- LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür;
- Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər;
- Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Təlimlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştat iş rejimindədir.
Rəqabətli əmək haqqı təklif olunur.
Nahar təminatı və təlimlər imtiyazlar arasındadır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
İşçi tələbatını müəyyənləşdirir, kadr sənədlərini idarə edir və HR proseslərini həyata keçirir, 3 il təcrübə tələb olunur.
İnsan resursları şöbəsində kadrların idarə olunmasını və sənədləşməsini həyata keçirir, əmək qanunvericiliyini bilir.
İşçilərin işə qəbulu, sənədləşmə və əmək qanunvericiliyini bilmək tələb olunur.



